Məhkəmə qərarları › İş №2(051)-1215/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1215/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1215/2020 29.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: İddiaçı cavabdeh: Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Validə Məmmədovaya qarşı «Pul tələbinə» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məmmədova Validədən 609 manat məbləğdə pulun vəödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuş və cavadehə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2004-cü il tarixdə əmək müqviləsinə əsasən natamam iş vaxtı ilə cavabdehin rəhbərlik etdiyi Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə sanitar maarif təlimatçısı vəzifəsinə qəbul edilmişdir. X3 Komitəsinin xx xxxx 2013-cü il tarixli 132/a nömrəli əmrinə əsasən maddi durumu çətin olduğu üçün ona aylıq vəzifə maaşının 50 faizi həcmində əmək haqqına əlavə ödəniş edilməsi ilə bağlı əmr verilmişdir. Hər ay ona 160 manat ödənilməsini nəzərə alaraq əlavə də 87 manat, cəmi 247 manat ödənilirdi. Lakin cavabdeh vəzifəsindən suii istifadə edərək onun və Mərkəzin HİK-nin razılığını almadan ona qarşı qərəzli mövqe tutaraq xx xxxx 2018-ci il tarixli 34a/k əmri ilə ona ödənilən əlavəni dayandırmışdır. Bununla da cavabdeh qanun pozuntusuna yol vermişdir. Cavabdehin verdiyi əmrin ləğv edilməsini ondan xahiş etsə də heç bir nəticəsi olmadığından 8 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə rəsmi müraciət etdi. Verilən cavabdan məlum oldu ki, həqiqətən də cavabdeh öz əmri ilə onun hüquqlarını pozmuşdur. Nəticə olaraq 8 saylı region üzrə Dövlət Müfəttişliyi cavabdehi məsuliyyətə cəlb olunması barədə qərar qəbul etmişdir. Mingəçevir GEM-in ştat cədvəlində ləğv olunmuş sanitar maarif təlimatcısının yerinə əlavə olunmuş 1 vahid tibbi qeydiyyatcısı ştatına cavabdehin xx.xx.2018-ci il tarixli, 16 saylı əmri ilə qəbul olunmuşdur. xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi cavabdehin təqsiri ucbatından ona 609 manat pul ödənilməmişdir. Əmək qanunvericiliyə uyğun olaraq o bu pulu cavabdehdən tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məmmədova Validədən 609 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 201 saylı arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində qeydiyyatçı vəzifəsində çalışır aylıq 294 manat əmək haqqı alır. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, İddiaçı ünvan 1 mənzil 35 ünvanda qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş № 34a-K xx xxxx 2018-ci il tarixli əmrdən görünür ki, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar maarif təlimatcısı İddiaçı xx.xx.2018-ci il tarixdən əmək haqqına verilən əlavə əmək haqqı (faiz ödəniş) dayandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin **********15 № li xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin işə götürəni birtərəfli qaydada hüquqi əsası olmadan əmək şəraitinin şərtlərini pozmuş, bununla da işəgötürən qanun pozuntularına yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəalarıəsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görəətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Validə Məmmədovanın xx xxxx 2018-ci il tarixli 34a/k əmri ilə İddiaçı ödənilən əlavənin dayandırılması əsassızdır. Ona görə də iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X1 609 manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hverilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar