Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1217/2024 26.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən ödənilmiş 25000 manat pulun indeksasiya edilməklə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 33575 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-268/2019 saylı icra vərəqəsinə əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 8, mənzil 34-də yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satışa çıxarılması, mənzilin satılmasından əldə edilən vəsaitin mülkiyyət paylarına uyğun olaraq cavabdehlə onun arasında bölünməsi qət edilmişdir. Həmin icra vərəqəsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə icraya yönəldilmiş, lakin aralarında olan razılığa əsasən cavabdeh ona düşən paydan könüllü olaraq xeyrinə imtina etdiyinə görə cavabdehin payı onun tərəfindən 25000 manat ödənilməklə təmin edilmişdir. 25000 manat pulu cavabdehə onun razılığı əsasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində nağd şəkildə ödənilmiş və cavabdeh həmin məbləğdə pulu xx.xx.2020-ci il tarixdə təhvil almış və bunu öz imzası ilə tərtib edilmiş aktda təsdiq etmişdir. Lakin sonradan cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, dəfələrlə notariat orqanına dəvət edilərək öz payından imtina edilməsi və ya payın ona bağışlanması barədə sənədləşmə aparılmasından imtina etmişdir. Hazırda bu səbəbdən daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ təmin edilməmiş qalmışdır. Cavabdehə ödənilmiş 25000 manat pulun geri qaytarılması barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh həmin pulu ona qaytarmamış və qaytarmaqdan da imtina etmişdir. İşə məhkəmədə baxılarkən 25000 manat məbləğində pulun indeksasiya məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 25.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi, yəni 34.3% artım ilə hesablanmaqla xx.xx.2024-cü il tarixə hesablanmış cari dəyəri 33.575,00 manat məbləğində müəyyən edilmişdir. Odur ki, cavabdehdən ödənilmiş 33575 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********43-05101-093005 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı payı (1/2 hissə), Cavabdeh payı (1/2 hissə) paylı mülkiyyət hüquqlarıxx.xx.2016-cı il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh 27 iyul 2020-ci il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu, İddiaçı məxsus olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 8 ünvanında yerləşən 34 saylı mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İşdə olan xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizənin, xx.xx.2020-ci il tarixli qəbzin və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı ilə aralarında olan razılığa əsasən pay bölgüsündən və tələbindən imtina etməsi qarşılığında 25000 (iyirmi beş min) manat məbləğində pulu tam şəkildə təhvil almışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4868 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarixindən) xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) 25.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi, yəni 34.3% artım ilə hesablanmaqla xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) hesablanmış cari dəyəri 33.575,00 manat məbləğində müəyyən edilir. O cümlədən: ödənilməli əsas məbləğ 25.000,00 manat, istehlak qiymətləri indeksi 8.575,00 manat göstərilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-268/2019 saylı icra vərəqəsinə əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 8, mənzil 34-də yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satışa çıxarılması, mənzilin satılmasından əldə edilən vəsaitin mülkiyyət paylarına uyğun olaraq iddiaçı ilə cavabdeh arasında bölünməsi qət edilmişdir. Həmin icra vərəqəsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə icraya yönəldilmiş, lakin aralarında olan razılığa əsasən cavabdeh pay bölgüsündən və tələbindən imtina etməsi qarşılığında 25000 manat pulu tam şəkildə təhvil almışdır. Lakin sonradan cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. 25000 manat pul məbləği inflyasiya proseslərinin mənfi təsirlərinə məruz qalmışdır. Bu hal məhkəmə-mühasibatlıq ekspertinin rəyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə işin həqiqi hallarına uyğun olaraq qənaətə gəlir ki, tərəflər arasında razılaşma cavabdeh paylı mülkiyyətdə olan payının əvəzinə iddiaçıdan 25.000 manat məbləğində pulu almış, lakin öz payını iddiaçının mülkiyyətinə verməmişdir. Belə olan halda cavabdehin pul vəsaiti əldə etməsinə əsas olan hal aradan qalxmışdır. Belə ki, cavabdeh pul vəsaitini əvvəlcə qarşılıqlı razılaşma əsasında əldə etsə də, sonradan həmin razılaşma məhz cavabdeh tərəfindən pozulmuş, yəni cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı öz məqsədinə nail ola biməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh hüquqi əsas olmadan pul vəsaiti əldə etməklə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, onun tələb edilən pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427.1–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə pul vəsaitinin indeksasiyası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində əlverişsiz vəziyyətə düşmüş, yəni ödənilməli olan pul məbləğinin alıcılıq qabiliyyəti həmin vaxta münasibətdə aşağı düşdüyündən, o, inflyasiyanın mənfi təsirinə məruz qalmışdır. Belə olan halda ödənilməli olan pul məbləğinin indeksasiyası qaçılmazdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 33575 manat məbləğində pul tələbi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 33575 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 33575 (otuz üç min beş yüz yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1217/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1217/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver