Məhkəmə qərarları › İş №2(051)-1222/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1222/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1222/2020 29.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: X3 Təşkilatı «xxxxxxxx» MMC-nin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi» tələbinə dair kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Təşkilatı «X2» MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2İsbəndiyar qızından müştərək qaydada «29» fevral 2016-cı il tarixli, LD/16060/00072 saylı kredit müqaviləsinə əsasən cəmi 664.49 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi və tutmanın «29» fevral 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 184 ABŞ dolları dəyərində olan çəkisi 13.5 qram olan 583 əyyarlı 3 (üç) ədəd üzük qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuş və cavadehlərə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdehlər verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X3 Təşkilatı «xxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 X3 Təşkilatı «X2» MMC ilə xx xxxxxx 2016-cı il tarixdə LD/16060/00072 saylı kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, illik 9.97 % dərəcəsi tətbiq olunmaqla 2077 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh2 həmin tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında öhdəlik daşımağı üzərinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə, № LD/16060/00072 saylı girov müqaviləsinə əsasən özünə məxsus 184 ABŞ dolları dəyərində olan çəkisi 13.5 qram olan 583 əyyarlı 3 (üç) ədəd üzüyü banka girov qoymuşdur. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka cəmi 113.26 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «29» fevral 2016-cı il tarixli, LD/16060/00072 saylı kredit müqaviləsinə əsasən cəmi 664.49 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi və tutmanın «29» fevral 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 184 ABŞ dolları dəyərində olan çəkisi 13.5 qram olan 583 əyyarlı 3 (üç) ədəd üzük qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2016cı il tarixdə X3 Təşkilatı «X2» MMC ilə LD/16060/00072 saylı kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, illik 9.97 % faiz dərəcəsi tətbiq olmaqla 2077 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Həmin tarixdə Cavabdeh2İsbəndiyar qızı ilə zaminlik müqaviləsi bağlamış və zamin Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli LD/16060/00072 №-li girov müqaviləsindən görünür ki, Cavabdeh1 ona məxsus girov müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədə əks etdirilmiş 184 ABŞ dolları dəyərində, 583 əyarlı, 13.5 qram çəkidə olan 3 (üç) ədəd üzüyü girov qoymuşdur. İddia ərizəsinə əlavə olunmuş X3 Təşkilatı « xxxxxxxx» MMC-nin xx xxx 2020-ci il tarixli cədvəlindən görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 664.49 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və girov müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq vəöhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Borcun ödənilməsinin girov əşyalara yönəldilməsi tələbi də təmin olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov müqaviləsi üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuşəşyaya borclu girovla təmin edilmişöhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinəəsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi iləödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «29» fevral 2016-cı il tarixli, LD/16060/00072 saylı kredit müqaviləsinə əsasən cəmi 664.49 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb X3 Təşkilatı «xxxxxxxx» MMC-nə verilsin. Borcun ödənilməsi Cavabdeh1 məxsus 184 ABŞ dolları dəyərində olan çəkisi 13.5 qram olan 583 əyyarlı 3 (üç) ədəd üzüyə yönəldilsin. Qızıl-zinət əşyasının açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu və dövlət rüsumu ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qalıq borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub X3 Təşkilatı «xxxxxxxx» MMC -nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar