Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1224/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: «xxxxxxxxxxx» X1 cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62937 olan “Samsung Galaxy J6” markalı mobil telefon üçün 86 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT Panasonic ev telefonu üçün 24 manat ödənilməmiş hissə, 7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Kombi, Becha markalı Seksiya üçün 1176 manat ödənilməmiş hissə, 314 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Demir Dokum markalı Kombi və Hoffmann markalı seksiya üçün 1872 manat ödənilməmiş hissə, 249 manat cərimə borcu olmaqla; ümumilikdə 3753 manat borc, cəmi 3753 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. «xxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC-nin arasında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, o, İMEİ kodu **********62937 olan “Samsung Galaxy J6” markalı mobil telefon, DECT Panasonic ev telefonu, Hoffmann Kombi, Becha markalı Seksiya, Demir Dokum markalı Kombi və Hoffmann markalı Seksiya almış və nəticədə 3753 manat məbləğdə borcu yaranmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu pulun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62937 olan “Samsung Galaxy J6” markalı mobil telefon üçün 86 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT Panasonic ev telefonu üçün 24 manat ödənilməmiş hissə, 7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Kombi, Becha markalı Seksiya üçün 1176 manat ödənilməmiş hissə, 314 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Demir Dokum markalı Kombi və Hoffmann markalı seksiya üçün 1872 manat ödənilməmiş hissə, 249 manat cərimə borcu olmaqla, cəmi 3753 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-nin arasında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, o, İMEİ kodu **********62937 olan “Samsung Galaxy J6” markalı mobil telefon, DECT Panasonic ev telefonu, Hoffmann Kombi, Becha markalı Seksiya, Demir Dokum markalı Kombi və Hoffmann markalı Seksiya almış və nəticədə 3753 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqıyla bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin nisyə alqı-satqısına aid müddəalarına, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, satıcının verilmiş əşyanı ödəməyi tələb etməsinin ümumi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmişəşyanın qiymətini vaxtında ödəmirsə, satıcıəşyanın qiymətini ödəməyi tələb edə bilər. Qanunvericiliyə görə satılan əşyanın ödənilməsi qaydaları və vaxtı tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə müəyyən olunur. Mülki Məcəllənin 601.1ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissəödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin nisyə satılmışəşyanın ödənilməsini tənzimləyən 600.2-602.6-cı maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 25 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 7 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 314 manat və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 249 manat məbləğdə cərimə borcları hesablanmışdır. Lakin məhkəmə borcluya xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 5 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 7 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 20 manat və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 20 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62937 olan “Samsung Galaxy J6” markalı mobil telefon üçün 86 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT Panasonic ev telefonu üçün 24 manat ödənilməmiş hissə, 7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Kombi, Becha markalı Seksiya üçün 1176 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Demir Dokum markalı Kombi və Hoffmann markalı seksiya üçün 1872 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla, cəmi 3210 manat məbləğdə pul alınaraq «xxxxxxxxxxx» MMC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub «xxxxxxxxxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1224/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1224/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver