Məhkəmə qərarları › İş №2(051)-1231/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1231/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1231/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçınun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pul məbləğinin iki mislini, yəni 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ev almaq istəmiş və xx.xx.2025-ci il tarixdə «tik-tok» sosial şəbəkəsində Ağdaş rayonunun Ləki qəsəbəsində ev satışı ilə bağlı elan görüb elanda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlamışdır. Məlum olmuşdur ki, evi satan Cavabdehdur. Cavabdehla danışan zaman o, bildirmişdir ki, ev Ağdaş rayonunun Ləki qəsəbəsindədir və 62.000 manata satışa qoymuşdur. Evi almaq üçün 56.000 manata razılaşmışlar. Evə baxıb bəyənmişdir. Cavabdeh əvvəlcədən beh verilməli olduğunu bildirmişdir. O, Cavabdeh xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Altun» şadlıq sarayının qarşısında 300 manat, xx.xx.2025-ci il tarixdə isə yaşadığı evin giriş qapısının qarşısında 700 manat, cəmi 1000 manat beh vermişdir. Razılaşmışlar ki, ev əşyaları ilə birlikdə satılacaqdır. Sonra məlum olmuşdur ki, evin sənədləri tam qaydasında olmamış, həm də satıcı evi əşyalarla birlikdə satmağa etiraz etmişdir. Belə bir vəziyyətdə razılaşmaları Azərin təqsirindən pozulduğundan o verdiyi behi qaytarmasını tələb etmişdir. Cavabdeh isə bildirmişdir ki, pulu xərcləmişdir, yalnız ev satılandan sonra behi qaytara bilər. Pulu tələb etmək məqsədilə Mingəçevir şəhər Polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh 1000 manat beh aldığını izahatında təsdiq etmişdir. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, ona isə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq pozulmuş hüquqlarımın bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. İş materialları: xx.xx.2025-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Mingəçevir Şəhər Polis Şöbəsinə etmiş olduğu müraciət əsasında toplanmış material üzrə xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, ev alqı-satqısına görə İddiaçı həqiqətən də xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə isə 700 manat, ümumilikdə 1000 manat beh almış, daha sonra alqı-satqı baş tutmamış, ev satıldıqda Ətrabədən aldığı 1000 manatı geri qaytaracağını bildirmişdir. İşin müəyyən olunmuş halı İddiaçı Cavabdeh aralarında olan ev alqı-satqı razılaşmasına əsasən 1000 manat pul vermişdir. Tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı razılaşma olmamışdır. Cavabdehdən 1000 manat məbləğin iki mislini, yəni 2000 manatın ödənilməsini tələb edir. Cavabdeh 1000 manat puldan iddiaçıya ödəniş etməmiş, iddia tələbinə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında yazılı beh müqaviləsi yoxdur. Lakin cavabdeh pulun ona verilməsini etiraf edir. Bu halda iddiaçının cavabdehə verdiyi pul avans kimi qəbul edilməlidir. Tərəflər arasında evin alğı-satqısı baş tutmadığından verilən məbləğ iddiaçıya qaytarılmalıdır. Lakin Cavabdeh 1000 manat məbləğin iki mislinin tutularaq İddiaçı verilməsinin hüquqi əsası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 1000 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar