Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1235/2025 18.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul, kredit və bank faizi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Göygöl şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 saylı hərbi şəhərciyində yaşayan və hərbiçi olan cavabdehlər Cavabdeh1 və X1 ona borclu olduqları 13700 manat pulun və onun gecikdirilmiş bank faizlərinin və ödədiyi 132 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 verdiyi izahatında göstərdi ki, o, hazırda ünvan i hissədə qulluq edir və orada qeydiyyatdadır. Mülki işin aidiyyatı üzrə Göygöl rayon məhkəməsinə göndərilməsinə etiraz etmir. İddiaçıya və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı elektron informasiya sistemində edilmiş sorğudan müəyyən edilmişdir ki, Cavabdeh1 rəsmi qeydə alındığı ünvan ünvan 1ı zamanı məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh1 ünvan i hissədə qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan əlavə elektron informasiya sistemində edilmiş sorğudan müəyyən edilmişdir ki, digər cavabdeh Məcidova X2 şəhəri M.Nəzirova küçəsi ev 11, mənzil 2 ünvanda qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan i hissədə qeydiyyatda olduğundan, mülki iş baxılması üçün aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 ünvan i hissədə qeydiyyatda olduğundan, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasına ərazi aidiyyəti üzrə Göygöl rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 ünvan i hissədə qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul, pul tələbinə dair 2(051)- 1235/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1235/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1235/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver