Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1237/2021 24.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 15000 (on beş min ) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 15030 (on beş min otuz) manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayının 25-də Xəzər rayonu, Albalılıq qəsəbəsində “M plus 5” marketin qarşısında onun uzaq qohumu olan Cavabdeh1lə təsadüfən görüşmüşdür. Söhbət əsnasında Vüqar ona torpaq sahəsi aldığını, yanında boş sahə olduğunu, əgər, istəsən ala bilərsən, həm qohumuq, həm də qonşu olarıq, demişdir. Həmin günü o, Vüqarla və digər cavabdeh Əsədlə birlikdə torpaq sahəsinə baxmaq üçün getmiş və göstərilən torpaq sahəsini bəyənmiş, hətta videoçəkliş də etmişdir. Əsəd 4 sot torpağı ona 5000 manat əvvəlcədən, 5000 manatı isə sonradan hissə-hissə ödəmək şərti ilə cəmi 10.000 manata satmağa razı olmuşdur. Sənədləri də hazırlayacağını və ona hazır verəcəyini bildirmişdir. Səhəri günü o, əri X2 və bacısının əri X1 ilə gedib həmin torpaq sahəsinə baxımışlar. Beləliklə, 2020-ci ilin yanvar ayının ortalarında Vüqar və Əsəd onun evinin həyətinə gəlmişdir. Həmin vaxt Əsəd ona bir sənədə imza etdirmişdir. Sonra isə Əsəd həyətdə qalıb Vüqar isə onunla birlikdə evə daxil olmuşdur. O, cavabdeh Cavabdeh1 Cavabdeh2 vermək üçün 3.900 manat pul vermişdir. Aradan bir həftə keçdikdən sonra öz evində yenidən Vüqara 1100 manat vermişdir. Vüqar hazırda ondan torpağa görə cəmi 5000 manat pul aldığını və Əsədə verdiyini etiraf edir. Lakin Vüqar və Əsəd həmin pulu ona qaytarmaqdan imtina edirlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15000 (on beş min ) manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15030 ( on beş min otuz) ) manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsini məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 dəfələrlə zəng edərək pulu qaytarmasını bildirmişdir. Bununla bağlı səs yazısıda var. Vüqar ondan aldığı pulu Əsədə verdiyini bildirərək, onunla əlaqə saxladığını və pulu qısa zamanda iddiaçıya qaytaracağını bildirmiş, lakin Cavabdeh2 isə Cavabdeh1 ona pul vermədiyini bildirmişdir. Cavabdeh1 Cavabdeh2 qarşı iki dəfə məhkəmədə iddia qaldırmışdır. Hər iki iddia ərizəsində isə ondan 5.000 manat alıb Cavabdeh2 verdiyini qeyd etmişdir. Lakin məhkəmə iclası zamanı Cavabdeh2 onun verdiyi 5.000 manatı Vüqardan almadığını demiş, Cavabdeh1 isə öz tələbini sübut edə bilməmişdir. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur. Ona məxsus pul vəsaiti qaytarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, cavabdeh Cavabdeh2 ilə dost olmuşdur. 2019-cu ilin noyabr ayında Cavabdeh2 ona Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən ərazidə torpaq sahəsi olduğunu bildirmişdir. Torpaq sahəsini ondan 3800 manata almağa razılaşmış cavabdeh həmin vaxt pulu olmadığı üçün banka müraciət edərək 3830 manat məbləğində kredit götürərək Cavabdeh2 vermişdir. Cavabdeh2 ona verdiyi yerin yanında digər bir torpaq sahəsinin də olduğunu və onu da satdığını bildirmişdir. Bundan sonra onun anasının əmisi qızı olan İddiaçı da torpaq almaq istədiyini bildiyindən, ona torpaq aldığını və aldığı torpağın yanında 0,045 sot torpağın olduğunu, həmin torpağı da Əsəd adlı tanışının satdığını demişdir. İddiaçı həmin torpaq sahəsini almaq istədiyini bildirdikdən sonra onu Cavabdeh2 ilə tanış etmiş və Əsədlə bərabər gedib torpağa baxmışlar. Cavabdeh2 4 sot torpağı iddiaçıya 10.000 manata satmağa, yəni 5000 manat pulu əvvəlcədən, qalan digər 5000 manatı isə hər ay 500 manat olmaqla, hissə-hissə ödəmək şərti ilə razılaşmışlar. Bundan sonra Əsəd iddiaçıya bildirmişdir ki, pulu Vüqar vasitəsi ilə ona versin. O, birinci dəfə 3900, ikinci dəfə isə 1100 manat, cəmi 5000 manat məbləğində pulu iddiaçıdan alıb Cavabdeh2 vermişdir. Sonradan Cavabdeh2 onun da pulunu alıb torpağını verməmişdir. Ona görə də Cavabdeh2la aralarında narazılıq yaranmışdır. O, Cavabdeh2 məhkəməyə və digər hüquq mühafizə orqanlarına şikayət etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Ondan sonra iddiaçı da ona qarşı iddia irəli sürmüşdür. Hesab edir ki, iddiaçı Cavabdeh2 tərəfindən aldadıldığını bildiyi halda, ona qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin ona münasibətdə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı qəbul etməmiş, həmçinin göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 bir-biri ilə qohumdur. Əksinə, onların ona borcu vardır. Ona görə də onun pulunu qaytarmamaq üçün məhkəmədə ona qarşı iddia qaldırmışlar. Artıq həmin torpaq məsələsi ilə bağlı işə məhkəmədə baxılıb qətnamə çıxmış, yəni Vüqarın iddiası rədd edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarına gəlməmiş, lakin 24.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam, hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2206/2020 saylı 28.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 qarşı torpaq sahəsinin verilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların, cavabdehin izahatının, habelə iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyun 2020-ci il tarixli qərarının və Xəzər Rayon Məhkəməsinin 2-(003)- 2633/2021 saylı 26.07.2021-ci il tarixli qətnaməsinin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehin anasının əmisi qızı olmaqla aralarında qohumluq əlaqəsi mövcud olmuşdur. Cavabdeh iddiaçiya torpaq sahəsi aldığını bildirdikdən sonra digər bir boş torpaq sahəsinin iddiaçı tərəfindən alınması məqsədilə onu dostu Əsədlə tanış etmiş və iddiaçı ilə Cavabdeh2 razılığa gələrək 5000 manat pulu əvvəlcədən, qalan digər 5000 manatı isə hər ay 500 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı torpaq sahəsinin alınması məqsədilə razılaşdıqları 5000 manat pulu Cavabdeh2 verməsi üçün digər Cavabdeh1 vermişdir. Məhkəmə iclasızamanı verdiyi izahatında Cavabdeh1 da, 5000 manat məbləğində pulu iddiaçıdan alaraq Cavabdeh2 verdiyini etiraf etmişdir. Bu faktın mövcudluğu hər iki tərəfin təqdim etdiyi sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla belə iddianın qalan 10.000 manat hissəsi ilə bağlı tərəflərin izahatı ziddiyyətli olduğundan, məhkəmə həmin halı işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətinin xarakteri müəyyən edilməli, həmçinin həmin münasibətlərdən irəli gələn tələbin qanuni əsaslarına görə iddiaçının müvafiq subyektiv hüquqa malik olub–olmaması və yaxud həmin hüququn cavabdehlər tərəfindən pozulub–pozulmaması araşdırılmalıdır. Məhkəmə iddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin mövcud olub–olmaması ilə bağlı qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti mövcud olsa da, Cavabdeh2 ilə iddiaçı arasında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı Cavabdeh2 torpaq sahəsi almaq üçün 5000 manat məbləğində pulu Cavabdeh1 vermiş, lakin o, pulu Cavabdeh2 verməmiş, nəticədə iddiaçı torpaq sahəsi ala bilməmişdir. Bununla da Cavabdeh1 iddiaçı tərəfindən verilmiş tapşırığı yerinə yetirməmiş və iddiaçıya məxsus pul vəsaiti hesabına əsassız gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1–ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2–ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4–cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılmasını müəyyən etmiş, lakin şifahi formada müqavilənin bağlanması anını tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilir. Lakin iddiaçı ilə cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsinin şərtlərinə uyğun razılaşmanın olmasını iddiaçının iddia etdiyi, Cavabdeh1 isə təkzib etmədiyi üçün tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanması anı, həmçinin iddia tələbinin tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsində qeyd olunur ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün ilk növbədə onunla Cavabdeh1 arasında yazılı və ya şifahi formada tapşırıq müqaviləsi olmalı, iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi tapşırıqları verməyi, cavabdeh isə iddiaçının xeyrinə həmin tapşırığı icra etməyi öhdəsinə götürməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı ilə cavabdehlər arasında yazılı formada tapşırıq müqaviləsi mövcud deyil, şifahi formada olmasını isə yalnız Cavabdeh1 məhkəmə iclası zamanı etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan şifahi formada tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə də iddiaçının subyektiv hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsinə əsasən belə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğundan, iddiaçının tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır, lakin iddiaçı məhkəmə iclası zamanı cavabdehlərə məhz 15.000 manat məbləğində pul verdiyini sübut edə bilmədiyindən, iddiaçının tələbi qalan hissədə əsaslı deyildir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi şəkildə əvəzsiz tapşırıq müqaviləsi bağlanmış, həmin cavabdeh iddiaçıdan 5.000 manat məbləğində pulu almış, lakin öz şəxsi marağına görə tapşırığı yerinə yetirməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının Cavabdeh1 münasibətdə tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1–ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.1–ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2–ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 786.6–cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Ona görə də məhkəmə pul məbləğini iddiaçının tələb etdiyi miqdarda, yəni cavabdehlərdən 15.000 manat məbləğində deyil, yalnız Cavabdeh2 torpaq sahəsi almaq Cavabdeh1 verdiyi və məhkəmə iclası zamanı həmin Cavabdeh1 etiraf etdiyi, həmçinin işin müəyyən edilmiş halları ilə təsdiq olunduğu, yəni 5.000 manat məbləğində qismən əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsinə 2020–ci yanvar ayından, yəni Cavabdeh1 ikinci dəfə iddiaçıdan 1100 manat məbləğində pulu aldığı andan xitam verildiyindən, Cavabdeh1 əsassız olaraq saxladığı, iddiaçıya məxsus olan 5.000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Belə olan halda Cavabdeh1 iddiaçı qarşısında həm müqavilədən, həm də qanundan irəli gələn öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı qızından 3900 və 1100 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pulun aldığını etiraf etsə də, həmin pulu digər cavabdehə verdiyini sübuta yetirilmədiyindən və hazırkı vaxtadək əsassız olaraq saxladığı 5.000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Bununla yanaşı məhkəmə, iddia tələbini Cavabdeh2 oğluna münasibətdə əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 oğlu iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış əvəzsiz tapşırıq müqaviləsi zamanı faktiki iştirak etmiş, pulun alınmasında marağı olmuş, lakin Cavabdeh1 pulu ona verməmiş, nəticədə iddiaçı ilə onun arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamış və o, iddia tələbinə cavab verməli olan şəxs deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3–cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 şifahi formada bağlanmış əvəzsiz tapşırıq müqaviləsi əsasında iddiaçıdan 5.000 manat məbləğində pulu alması, tapşırığı yerinə yetirməməsi və iddiaçıya məxsus həmin pul məbləğini əsassız olaraq saxlaması sübuta yetirildiyindən, iddiaçının Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh1 dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı qızına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı qızına verilsin. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1237/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1237/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver