Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1239/2023 14.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 1350 manat məbləğində pulun və ödədiyi 33 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur, Mingəçevir şəhəri İncilli qəsəbəsində yaşayır. 2019cu ildə cavabdeh qarşılıqlı razılıq əsasında o ona 1350 manata bir ədəd iribuynuzlu mal (dana) aldı verdi ki, o onun malına baxsın, qatığından və südündən istifadəni də cavabdeh edirdi. 2022-ci ilin mart ayında cavabdeh ona dedi ki, dananı istəyən var, onu satmaq istəyir. O da buna razılıq verdi. Cavabdeh dananı satdı, lakin ona pulunu vermədi. O bu barədə bildirəndə hər dəfə müxtəlif bəhanələr etdi, onu yubatdı. Dəfələrlə evinə getmişdir, telefonuna zəng etmiş, artıq zənglərinə də cavab vermir. Cavabdehin hal-hazırda ona 1350 manat borcu vardır. Uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Səhhətində problemləri var, insult keçirtmişdir, təzyiq xəstəsidir. Daima müalicəyə ehtiyacı var. Cavabdeh isə ona olan borcunu qaytarmır. Cavabdehin ona borclu olduğu 1350 manat pulun verilməsini təkidlə ondan tələb etsə də, bir nəticəsi yoxdur. Cavabdehin ona borclu olduğu 1350 manat pulun alınıb ona verilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəmədən Cavabdeh cəmi 1350 manat məbləğində pulun və ödədiyi 33 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, 1400 manat inəyin pulunu o iddiaçıya vermişdir. Dananı isə iki il özü saxlamış, otunu və yemini özü almışdır. Sonra dananı 1000 manata satmışdır. 750 manatını dananı saxlamaq üçün borc aldığı adama qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş cavab məktubundan görünür ki, “sizin, xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nə etmiş olduğunuz müraciətinizə cavab olaraq bildiririk ki, müraciətiniz əsasında Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı müraciətinizdə göstərdiyiniz xüsusatlar mülki xarakterli olduğundan məhkəmə səlahiyyətlərinə aid olduğu üçün toplanmış materiallar Mingəçevir şəhər polis şöbəsində işə alınmışdır. Müraciətinizlə əlaqədar məhkəməyə müraciət etmək hüququnuzun olması sizə izah olunur.” Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pulun verilməsinin sübutetmə yükü iddiaçının üzərinə düşür. Pulun qaytarılmasının sübut etmə yükü cavabdehin üzərinə düşür Məhkəmə qanunvericiliyin tələbindən çıxış edərək iddia tələbinə hüqüqi verərək aşağıdakı nəticəyə gəlir: İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və məhkəməyə mötərbər sübutlar təqdim edə bilmədi. Əksnə məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bir ədəd iribuynuzlu mal (dana) ilə bağlı razılıq olub və həmin heyvannın dəyərini cavabdeh iddiaçıya ödəmidir. İddiaçı dolyası olsada bu faktı etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, iddi tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1239/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1239/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver