Məhkəmə qərarları › İş №2(051)-124/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-124/2025

07.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-124/2025 07.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı həyətdəki tikililərin ölçülməsinə mane olmağın qadağan edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 saylı ünvanda yerləşən atası X8 tərəfindən inşa edilmiş 18.85, 10.50, 5.46, 3.64, 41.25, 19.98 kv.metr tikililərlə bağlı ölçü işlərinin aparılmasında cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir- şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə X6 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra X9 və arvadı Afəyət, övladları Etibar, cavabdeh Zahir, bacı Arzunun adına 353 saylı order yazılmışdır. X3 2007-ci ildə, anam X7 2011-ci ildə vəfat etmişdir. Atam vəfat etdikdən sonra ondan ünvan 1 ünvana 0.08 ha torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında atamdan miras qalımş torpaq sahəsi biz 4 övlad arasında bölünmüş və mənim payım % hissə müəyyən edilmişdir. Sonradan Arzu və Mahir adlı bacı qardaşım paylarım mənə və Cavabdeh bağışladığından mənim payım 'A hissə olmuş və buna dair 18 noyabr 2020-ci ildə Çıxarış almışam. Həmin 0.08 ha torpaq sahəsində atamdan qalma 18.85, 10.50, 5.46. 3.64, 41.25, 19.98 kv. metr olmaqla 5 otaq, 1 dəhliz və 1 sanıızel otağı miras qalmışdır. Belə ki. atam həmin otaqları uzun illər kirayə verib qazanc əldə edirdi. Mən həmin tikililərə atamın adma mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmişəm. Bu müddətdə Cavabdeh hüquqdan sui- istifadə edərək özünə dair hissədə qalan tikililərlə bağlı ölçü işlərinin aparılmasına mane olur. Qeyd edim ki, həmçinin həmin torpaq sahəsində orderlə ailəmizə verilmiş 2 otaqlı mənzildə vardır. Atam isə ömrünün son illərində özünün tikdirdiyi 18.85 kv. metr sahədən ibarət yaşayış otağında onun qarşısında olan yardımçı sahələrdə istifadə etməklə yaşamışdır. Odur ki, məhkəmədən Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 saylı ünvanda yerləşən atası X8 tərəfindən inşa edilmiş 18.85, 10.50, 5.46, 3.64, 41.25, 19.98 kv.metr tikililərlə bağlı ölçü işlərinin aparılmasında cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia ərizəsində göstərilən tikililər onun tərəfindən tikilmişdir. Özü tərəfindən tikilən tikililəri yeznəsi ilə birlikdə tikmişdir. Ona görə də maneələr törətmişdir. Onun tikililərini ölçmək lazım deyil. O özü ölçdürə bilər. O lazım olan mütəxəssisi özü gətirəcəkdir. Ona həmin tikililərlə bağlı çıxarış verilməsi lazım deyil. İddiaçı vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi yekun izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı İddiaçı 07 yanvar 2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 10 aprel 1969-cu il tarixli 1 saylı protokolunda X5 adına ev bölgüsü qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi ½ hissə Cavabdeh və ½ hissə İddiaçı paylı və xüsusi mülkiyyətindədir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/3807 nömrəli, 07 sentyabr 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, tədqiqatın nəticə hissəsindən məlum olur ki, 1ci və 2-ci suallar üzrə ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Qeyd olunur ki, tikililərdən və torpaq sahəsindən istifadə qaydasına uyğun bölgü variantı əlavə edilmiş ətraflı göstərilmişdir. 3-cü sual üzrə ünvan 3 ünvandan yerləşən torpaq sahəsinin faktiki ümumi sahəsinin 0.08 (800 kv.m) olduğu müəyyən edilir. 4-cü və 5-ci suallar üzrə ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evi və əlavə tikililərin olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və tikililərin yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən 16 mart 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 və X2 nikahları pozulmuşdur və nikahın pozulması haqqında 01 may 1987-ci il tarixli 51 №li aktın qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi bildirişin surətindən görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılması üçün ərazi idarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlakda olan zaman ailədaxili mübahisənin olduğu aşkarlandığından fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair əsasən İddiaçı ərizəsinin icrasından imtina olunmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(051)-77/2024 saylı Məhkəmənin icraatında olan 2(051)-37/2024 saylı mülki iş üzrə iddiaçı olan İddiaçı həmin mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 4 ünvanda inşa olunmuş 18.85, 10.50, 5.46, 3.64, 41.25, 19.98 kv.metr olmaqla 5 otaq, 1 dəhliz və 1 sanuzel otağının dövlət qeydiyyatı ilə əlaqədar inventarlaşdırma aparılmasına maneə yaradılmasının Cavabdeh qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “ünvan 5 ünvanında olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə müəyyən tikililər var və həmin tikililərin içərisində yaşayış vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ataları X5 ölümündən sonra onun oğulları olan İddiaçı və Cavabdeh ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi miras qalmışdır, hazırda həmin torpaq sahəsi tərəflərin ½ paylı mülkiyyətindədir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair ölçü işləri aparmaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı və Cavabdeh ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi miras qalmışdır, həmin torpaq sahəsi tərəflərin ½ paylı mülkiyyətindədir. Hazırda isə iddiaçı həmin torpaq sahəsinin üzərində olan qeydiyyatsız tikililərdən özünə düşən paya münasibətdə Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istəyir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan tikililər üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur və bunu cavabdeh məhkəmə iclasında da etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə etirazının əsaslarına dair heç bir sübut təqdim etmədən onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X4 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, Cavabdeh İddiaçı torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 saylı ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş ölçüsü 18.85, 10.50, 5.46, 3.64, 41.25, 19.98 kv.metr olan tikililərlə bağlı ölçü işlərinin aparılmasında Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar