Məhkəmə qərarları › İş №2(051)-1242/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1242/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1242/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh 6 saylı Mexanizasiya İdarəsinə (Nicat ASC) qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh 6 saylı Mexanizasiya İdarəsindən (Nicat ASC) 01 yanvar 2014-cü il tarixdən sonrakı dövr üçün ona verilməli olan pulun hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2015-ci il tarixli 2(051)-210/2015 saylı qətnaməsinə əsasən, 6 saylı mexanizasiya idarəsindən (Nicat ASC) 6107 manat məbləğində pulun alınıb ona verilməsi, 01 yanvar 2014-cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pulun alınıb ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2016-cı il tarixli 2(107)-137/2016 saylı qətnaməsinə əsasən, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2015-ci il tarixli 2(051)-210\2015 saylı qətnaməsinin qismən – 4241 manatın və 01 dekabr 2014-cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona verilməsi hissəsində ləğv edilməsi, bu hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, iddiaçıya izah olunur ki, 01 dekabr 2014-cü il tarixdən sonrakı dövrdə aylıq ödənci ödəmədiyi halda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh təşkilat Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2016-cı il tarixli 2(107)- 137/2016 saylı qətnaməsinin icrasından uzun müddət yayınmış və qeyd olunan aylıq ödənişləri isə ümumiyyətlə ödəməmişdir. Qət edilmiş pul məbləği isə ona cəmi bir neçə ay bundan əvvəl ödənilmişdir. Ona görə də məhkəmədən cavabdeh 6 saylı Mexanizasiya İdarəsindən (Nicat ASC) 01 yanvar 2014-cü il tarixdən sonrakı dövr üçün ona verilməli olan pulun hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2015-ci il tarixli 2(051)- 210/2015 saylı qətnaməsindən görünür ki, 6 saylı mexanizasiya idarəsindən (Nicat ASC) 6107 manat məbləğində pulun alınıb ona verilməsi, 01 yanvar 2014-cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pulun alınıb ona verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2016cı il tarixli 2(107)-137/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2015-ci il tarixli 2(051)-210\2015 saylı qətnaməsinin qismən – 4241 manatın və 01 dekabr 2014-cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona verilməsi hissəsində ləğv edilməsi, bu hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, iddiaçıya izah olunur ki, 01 dekabr 2014-cü il tarixdən sonrakı dövrdə aylıq ödənci ödəmədiyi halda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İşə əlavə olunmuş Azərbaycan Repsublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2016-cı il tarixli, 2(102)-2915/2016 saylı qərarından görünür ki, "xxxx" ASC-in kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2016-cı il tarixli 2(107)-137/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə müəyyən edilmiş hallarda ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta orqanlarında işəgötürən tərəfindən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmuş işçilərə şamil olunmur. Əməyin mühafizəsi qaydalarının pozulması, habelə əmək şəraitinə görə zərərçəkmiş həmin işçilərə və onların ailə üzvlərinə sığorta haqqı müvafiq sığorta müqaviləsində nəzərdə tutulan qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği»nin müvafiq bəndlərinin tətbiqinə dair İzahat» barədə qərarına əsasən:

1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsait hesabına ödənilir.

2. Əmək xəsarəti və yaxud peşə xəstəliyi ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

3. İstehsalatda əmək xəsarəti və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkənə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərclər (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) Tibbi-Sosial Ekspert Komissiyaları (bundan sonra TSEK) tərəfindən müəyyən edilir və onun qərarı əsasında təqsirkar müəssisə bu xərcləri ödəyir. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdeh idarədə işlədiyi müddətdə xəsarət almışdır. Buna görə də iddiaçıya dəymiş zərərə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq ödənclər ödənilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rəmin edilməli və 01 yanvar 2014cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pul cavabdeh 6 saylı Mexanizasiya İdarəsindən (Nicat ASC) alınıb iddiaçı X2 verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq,

qət e t d i:

İddia tələbi təmin edilsin. 01 yanvar 2014-cü ildən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda pul cavabdeh 6 saylı Mexanizasiya İdarəsindən (Nicat ASC) alınıb iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar