Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1243/2020 30.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən,Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, İddiaçı: x1 Cavabdeh: Cavabdeh qarşı «Alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi,bağışlamaqdan imtina vəəmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlülüyü məsələsinə baxaraq, müəyyən etdim: İddaçı İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 mənzil 15 ünvanındakı 3 otaqlı evın alqı satqısına dair 251872 saylı 07.10.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi,Mingəçevir şəhəri ,ünvan 2 ünvanda yerləşən 12.06.2015-ci il tarixdə Cavabdeh AN-İ № ******* saylı bağışlama müqaviləsindən imtina edilməsi və əmlakın geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəmki, iddia ərizəsi geri qaytarılmalıdır. .Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə işərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 35, 152.1.3, 152.2, 152.4, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçınun Cavabdehnə qarşı « Alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi,bağışlamaqdan imtina və əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1243/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1243/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver