Məhkəmə qərarları › İş №2(051)-1244/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1244/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1244/2020 29.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2995 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş ərazi aidiyyəti üzrə Yevlax rayon məhkəməsində baxılmalı olduğundan aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Yevlax rayonu Havarlı kəndində qeydiyyatdadır və Mingəçevir şəhərində yaşamır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh Yevlax rayonunda yaşayır. Ona görə də işə cavabdehin yaşayış yeri üzrə yəni Yevlax rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, həmin mülki iş başqa məhkəmədə baxılmağa verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyətı üzrə Yevlax rayon məhkəməsinə verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar