Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1247/2020 01.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə x3 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və x1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdi: x3 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və x1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. x3 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin iddia ərizəsində Cavabdeh1 09 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 1280 manat verildiyi göstərilsə də, iddia ərizəsinə cavabdehə qeyd edilən məbləğdə kredit verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi, və sair) əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədər ərizənin qəbul olunmasından imtina edir. Göstərilənlərə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-ci və 264-ci maddələrinə rəhbər tutub, məhkəmə Qərara aldı: x3 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və x1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında kredit borcun ödənilməsi tələbinə dair ərizənin qəbul olunmasından imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1247/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1247/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver