Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1252/2024 01.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, tikinti işləri aparmaq üçün tikinti materialları axtarırdı, lakin yeni tikinti materialları baha qiymətə olduğundan, ikinciəl, yəni tikinti üçün istifadə olunmuş söküntü mişar daşları və taxta materiallar almaq üçün bir neçə şəxsə müraciət etdi. Sonradan Cavabdeh söküntü materialların alveri ilə məşğul olması barədə eşitdi və sonra Mehmanla Mingəçevir şəhəri ərazisində görüşdülər. Həmin tikinti materiallarının alınması üçün aralarında 1000 manat müqabilində razılaşma oldu. Təxminən 2021-ci ilin mart ayından etibarən Mingəçevir şəhərində Şüşə zavodunun ərazisi sökülməyə başladı və razılaşmalarına əsasən 2021-ci ilin aprel ayında Şüşə zavodunun qarşısında Mehmana verdiyi 1000 manat pulu tələb etdi, lakin Mehman ondan almış olduğu 1000 manat pulun 300 manatını 2021-ci ilin iyun ayında qaytarmışdır. Mehman ona borclu olduğu 700 manat pulu isə qaytarmamışdır. Cavabdehin ona borclu olduğu 700 manat pulun ondan alınıb ona verilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə ilə göndərərək, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən məhkəmə təqdim edilmiş HK-1/1704 saylı materialda Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, 2021-ci ilin aprel ayında İddiaçı tərəfindən tikinti materialları almaq üçün ona 1000 manat verilməsini etiraf edir. Lakin söküntü zamanı yoxlama komissiyası gəldiyindən işlər tezləşmiş və onun vermək niyyətində olduğu tikinti materialları tam yararsız hala gəlmişdir. Həmçinin bildirir ki, 2021-ci ilin iyun ayında iddiaçıya olan borcundan 300 manat ödəniş etmişdir. Borclu olduğu 700 manatı qaytara bilməmişdir. Ümumilikdə, iddiaçı ilə razılaşdıqları zaman onu aldatmaq niyyəti olmamış və 1000 manat pulu onu aldatmaq niyyəti ilə götürməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı 2021-ci ilin aprel ayında 1000 manat məbləğdə pulu işlənmiş tikinti materialları almaq məqsədilə Cavabdeh vermiş, razılaşmaya əsasən Cavabdeh verilən pulun əvəzində razılaşdıqları işlənmiş tikinti materiallarını İddiaçı verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin öhdəliklərini yerinə yetirməmişdir. Sonra cavabdeh iddiaçıya borclu qaldığı 1000 manat puldan 300 manat qaytarmışdır. Cavabdehin iddiaçıya 700 manat borcu qalmışdır. Bütün bunları cavabdeh ibtidai istintaq zamanı verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə münasibətlər borc tələbi üzrə yaranan münasibətlər deyil, zərər üzrə yaranan münasibətlərdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh iddiaçıya zərər vurmaqla əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri Əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, cavabdeh əsassız varlanmışdır. Belə ki, onun varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh vurduğu zərər nəticəsində əldə etdiyi əmlakları iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkmə belə qənaətə gəlir ki, İddia tələbi təmin olunmalı və Cavabdeh 700 (yeddi yüz) manat məbləğdə pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğdə pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1252/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1252/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver