Məhkəmə qərarları › İş №2(051)-1253/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1253/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1253/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 2006-cı ildə ailə qurmuş, birgə nikahlarından xx xxxxxxxx 2007-ci il təvəllüdlü Rəvan adlı bir nəfər uşaqları var. Nikahları 2009-cu ildə məhkəmə qaydasında ləğv edilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(051)-1242/2013 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci il təvəllüdlü Rəvan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh əmək haqqının ¼ hissəsi tutularaq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh hal-hazırda işləmir. Ona görə də alimentin cavabdehin qazancının müəyyən hissəsinə yönəldilməsi mümkün deyil. Odur ki, alimentin sabit pul miqdarında tutulmasını, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, o, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İkinci dəfə ailə qurmuş, ikinci nikahdan da bir uşağı var. İddiaçının tələbi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Cəmi 100 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx xxxxxx 2009-cu ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(045)-1242/2013 №-li xx xxxxxxxx 2013cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirin) ¼ hissəsinin aliment kimi tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılıblar, onların birgə nikahından doğulmuş uşaq iddiaçının yanında qalır. Məhkəmənin qərarı ilə cavabdehdən uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirin) ¼ hissəsinin aliment kimi tutulub, İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin gəliri qeyri-müntəzəm olduğuna görə iddiaçı alimentin sabit pul miqdarında tutulmasını tələb etmişdir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən Rəvan adlı uşağın saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-ci maddələrini rəhbər tutub , məhkəmə Qət etdi : İddia qismən təmin olunsun. Cavabdeh xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar