Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1254/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması»na dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, X2 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 600804-835781/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh X6 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 20 sentyabr 2020-ci il tarixə qədər cavabdehin kredit müqaviləsi üzrə 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də, X2 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmə iclası zamanı onunla telefonoqram vasitəsi ilə əlaqə saxlanadığı zaman o, bildirmişdir ki, həqiqətən o və İddiaçı ASC arasında 27 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və ona 2500 manat məbləğində kredit verilmişdir. Maddi imkanı zəif olduğundan aylıq ödənişlərini ödəyə bilməmişdir. Qətnamə çıxarıldıqdan sonra borcunu ödəməyə başlayacaqdır. İşə əlavə olunmuş 27 yanvar 2020-ci il tarixli, 600804-835781/1 nömrəli kreditmüqaviləsindən görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış kredit müqaviləsinə əsasən X5 25% dərəcəsi ilə, 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 27 yanvar 2020-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, X6 25 fevral 2020-ci-25 dekabr 2022-ci il tarixləri ərzində aylıq 99,26 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 27 yanvar 2020-ci il tarixli, TT200270X1DM nömrəli kassa məxaric orderindən görünür ki, X6 2500 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş 20 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, X4 İddiaçı ASC-ə 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat borcu yaranmışdır. İşə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, X5 2549.95 AZN borcunu 29 aprel 2020-ci il tarixinədək ödəməyəcəyi təqdirdə onun işi Hüquq Departamentinə təqdim ediləcək və barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və X2 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat borc tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30.40 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: X2 2449.35 manat məbləğində əsas borc və 646.32 manat faiz borcu olmaqla, ümumilikdə 3095.67 manat borc tutularaq İddiaçı ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul X2 tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1254/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1254/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver