Məhkəmə qərarları › İş №2(051)-1255/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1255/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1255/2021 07.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh X4 və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o – İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatda olmağına baxmayaraq, bacısı Zöhrəyə məxsus ünvan 22 nömrəli evdə müvəqqəti yaşayır. O şəhid anasıdır (vəsiqə № 003048). Onun yeganə övladı olan, oğlu –X17 44 günlük Vətən müharibəsində hərbi qulluqçusu kimi iştirak etmiş və “hərbi əməliyyatlar zamanı partlayış və qəlpələrlə törənən zədələnmə nəticəsində” 06.10.2020-ci il tarixdə döyüş meydanında şəhid olmuş, 10.10.2020-ci il tarixdə nəşi gətirilmiş və 11.10.2020-ci il tarixdə dəfn olunmuşdur. Onun adına 11 noyabr 2020-ci il tarixli 394 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. O – İddiaçı şəhid ailəsi üzvü statusu verilmiş və 22.02.2021-ci il tarixli 003048 №-li şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. O iddiaçı – Rzayeva X2 “ASAN xidmət”in notariat ofisinə müraciət edərək, mərhum şəhid oğlu – X12 qanun üzrə vərəsəsi kimi tanınmış və ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmçinin cavabeh – Cavabdeh da mərhum şəhid oğlu – X12 həyat yoldaşı kimi və oğlunun bir azyaşlı övladı da qanun üzrə vərəsələr kimi tanınmışlar. O – iddiaçı Rzayeva X2 “ASAN xidmət”in notariat ofisinə, mərhum şəhid oğlu – X12 vərəsəsi kimi onun əmək haqqı kartında və bank hesabında olan pul məbləğinin ona düşən hissəsini almaq məqsədi ilə ona köməklik edilməsi ilə əlaqədar müraciət etmişdir. Mingəçevir “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin Xüsusi notariusu N.Rzayev 27 aprel 695 saylı sorğu məktubu ilə Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına mərhum şəhid oğlu – X12 bank hesablarında (********************, ********************0) pul olub – olmadığı barədə sorğu edilmiş və Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının müdiri T.R.Hüseynlinin 27 aprel 2021-ci il tarixli 96 saylı məktubunda bildirilmişdir ki, mərhum şəhid oğlu – X12 bank hesablarında pul vəsaitləri mövcud deyildir. Bundan sonra, o – İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına müraciət edərək, mərhum şəhid oğlu – X12 bank hesablarından onun həlak olduğu gündən sonra hansı məbləğlərdə pul vəsaitləri çıxarılması ilə bağlı müraciət etmişdir. Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının hesabdan çıxarışdan görünür ki, 01 sentyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək bu: 1. 23.10.2020-ci il tarixdə - 1.019,24 manat, 2. 16.11.2020-ci il tarixdə - 145,65 manat, 3. 23.11.2020-ci il tarixdə - 1.000.00 manat, 4. 23.11.2020-ci il tarixdə - 164.00 manat, 5. 15.12.2020-ci il tarixdə - 1.053.90 manat, 6. 12.01.2021-ci il tarixdə - 500.00 manat, 7. 12.01.2021-ci il tarixdə - 554.00 manat məbləğlərdə pul vəsaitləri çıxarılmışdır. Mərhum oğlu – X12 bank hesablarından o, həlak olandan sonra ümumilikdə cəmi – 4.336 manat pul çıxarılmışdır. Həmin pul vəsaitlərini mərhum şəhid oğlu – X12 Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının bank hesablarından (********************, ********************0) 4.336 manat pulun hamısını cavabdeh – Cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdeh – Cavabdeh Sədar qızı tərəfindən mərhum oğlu – X12 həlak olmasından sonra bank hesablarından onun da vərəsə kimi razılığı olmadan çıxarılmış 4.336 manat pulun 1/3 hissəsi qanun üzrə vərəsə kimi o – İddiaçı ödənilməlidir. O – İddiaçı hazırda yeganə övladı olan, mərhum oğlu – X12 şəhid olması ilə əlaqədar dövlət tərəfindən verilən təqüddən (müavinətdən) (1/3 hissəsi) başqa heç bir gəlir yeri yoxdur, səhhətində yaranmış ciddi problemlərlə bağlı heç bir yerdə işləmir və işləmək imaknı yoxdur. O – İddiaçı mərhum oğlu –X12 qanun üzrə vərəsəsi kimi onun bank hesablarından cavabdeh – Cavabdeh tərəfindən çxıarılmış 4.336 (dörd min üç yüz otuz altı) manat pulun 1/3 hissəsinin, yəni 1445 (bir min dörd yüz qırx beş) manatının alınıb ona verilməsi tələb edir. Ona görə də məhkəmədən cavabdeh - X1 1445 (bir min dörd yüz qırx beş) AZN manat pulun alınıb o – İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X16 məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 növbəti məhkəmə iclasının 07.10.2021-ci il tarixdə keçiriləcəyinə dair bildirişə imza atsa da, məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi qaydada heç bir məlumat verməmişdir. Odur ki məhkəmə hesab edir ki, işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 əvvəlki məhkəmə baxış iclaslarında iddia tələbini qismən qəbul edərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, iddia tələbində göstərilən məbləğ yanlışdır. Belə ki, həmin bank hesabında 4436 manat deyil, 2218 manat məbləğində pul olmuşdur. Odur ki hesab edir ki, 2218 manat məbləğində pulun 1/3 hissəsi qanun üzrə vərəsə İddiaçı çatmalıdır. İşə əlavə olunmuş AZ-İİ seriyalı 132801 №-li Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 06 oktyabr 2020-ci ildə hərbi əmıliyyatlar nəticəsində digər növ partlayıcı və qəlpələrlə törədilən zədələnmə səbiblə Döyüş meydanında ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 003048 №-li Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşə əlavə olunmuş "xxxx" ASC-in Yevlax Filialı tərəfindən verilmiş olan hesabdan çıxarışdan görünür ki, X12 hesabında cəmi 4336 manat məbləğində pul olmuşdur və həmin məbləğ arvadı Cavabdeh tərəfindən götürülmüşdür. İşə əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 vərəsələri: 1. Anası – İddiaçı 2. Arvadı – Cavabdeh 3. Oğlu – X13r. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, X17 Azərbaycan Repsublikasının işğal olunmuş ərazilərinin işğaldan azad olunması uğrunda gedən “Vətən müharibəsi”ndə şəhid olmuşdur. O geriyə vəsiyyətnamə qoymadığından onun qanun üzrə vərəsləri müəyyənləşdirilmişdir. Ondan qalan əmlaka qanun üzrə 3 vərəsə: anası, həyat yoldaşı və uşağı göstərilmiş və onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X10 qalan bütün əmlak qanun üzrə vərəsələr arasında bərabər şəkildə, yəni 1/3 hissədə müəyyən edilmişdir. Buna baxmayaraq onun Azərbaycan Beynəlxalq Bank” ASC-dəki hesabında olan 4336 manat məbləğin pul mərhum X12 arvadı X14 ərinin anası X6 da vərəsə olduğunu nəzərə almadan bank hesabında olan pulun tamını götürmüşdür. Hazırda isə İddiaçı məhkəmədə iddia qaldırmasına səbəb oğlundan miras qalmış əmlakın naturada ayrılaraq ona çatası payın cavabdehdən alınıb ona verilməsidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri miras payının tələbi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, İddiaçı X12 əmlakının 1/3 bir hissədə vərəsəsidir. X12 hesabında olan 4336 manat məbləğində pul vərəsələr arasında bərabər şəkildə bölünməli və bu qayda ilə hər birinə 1445 manat məbləğində pul verilməli idi. Buna baxmayaraq Cavabdeh İddiaçı payını da özünə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 1445 manat məbləğində pulu iddiaçı X7 qaytarmalıdır. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə və məhkəmə sorğusu əsasında notarial orqanından alınan sənədlərə hüquqi qiymət verərək, mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respblikası MPM-in 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı və cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar