Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1257/2020 26.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul, 400 (dörd yüz) manat ödənilmiş vəkil xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pulun, 400 (dörd yüz) manat ödənilmiş vəkil xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, cavabdeh 2019-cu ilin əvvəlində cavabadehin atası Razim Şababovdan iki min avro mqabilində Aalmaniyadan “Renault” Megan Scenic markalı BAN nömrəsi VF1JMSEO637166906 buraxılış ili 2007, ** SX *** dövlət qeydiyyat nişanı olan avtomobili alıb gətirmişdir. Həmin avtomobili Almaniyadan Gürcüstan-Azərbaycan gömrük məntəqəsində İddiaçı adına rəsmiləşdirmişdir. Avtomobilin alınmasına 2200 avro, konteynerdə Batumi şəhərinə gətirilməsinə 700 avro Batumidən Qırmızı körpü Gürcüstan Azərbaycan Gömrük məntəqəsinə gəlməsinə 260 manat, gömrük rəsmiləşdirilməsinə 4600 manat cəmi 7005 manat pul xərcləmişdir. Cavabdehin adına nəqliyyat vasitəsinə sərəncam verilməsi haqda xx.xx.2019-cu il tarixdə bir il müddətinə etiarnamə verməklə həmin müddət ərzində maşın satıldıqdan sonra xərclədiyi 7005 manat pulun qaytarılması haqda razılığa gələrək avtomobili vermişdir. Lakin cavabdeh “Renault” Megan Scenic markalı avtomobili satdıqdan sonra pulu bu günə kimi qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh əldə edilmiş məlumata əsasən avtomobili 10 000 (on min) manata satmışdır. Bu normanın mənasına görə avtomobil satışından əldə olunan 10 000 (on min) manat ona verilməlidir. Cavabdeh sözləşməni yerinə yetirmədiyinə görə, onun verdiyi 2000 avro pul çıxılmaqla ona 8000 (səkkiz min) manat pul qaytarmalıdır. Hesab edir ki, cavabdeh etibarından sui-istifadə etdiyinə və pulu vaxtında qaytarmadığına görə ona 8000 (səkkiz min) manat pulu qaytarmalıdır. Cavabdehə qarşı iddia qaldırmaq üçün KONSENSUS vəkil bürosu ilə hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlamışam və 400 manat pul ödəmişdir. Bununla yanaşı iddia ərizəsinin məhkəməyə təqdim etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də Cavabdeh 2400 (iki min dörd yüz) manat borc, 400 manat ödənilmiş vəkil xidmət haqqı vəödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnaməçıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddiaçının izahatına oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İşə əlavə olunmuş Hüquqi yardımın göstərilməsi haqqında xx xxxx 2020-ci il tarixli 12 № li müqaviləyə əsasən müraciət edən İddiaçı ilə Vəkil arasında iddiaçıya pul tələbinə dair iddia tərtib etmək və məhəkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Cavabdeh iddiaçıya cəmi 2800 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görəəqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı 2800 manat məbləğdə pulu Cavabdeh qalmışdır, cavabdeh isə alınmış pulu qaytaracağına söz vermişdir. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat borc, 400 (dörd yüz) manat ödənilmiş vəkil xidmət haqqı vəödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1257/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1257/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver