Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-127/2025 10.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1150 manat məbləğində borcun, 32 manat dövlət rüsumunun və sənədin təsdiqi üçün ödədiyi 3 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh iş yoldaşı kimi tanımışdır. Çox yaxşı münasibəti olmuşdur. Maddi imkanı zəif olmamışdır. Onun qohumları ilə məhkəmə çəkişmələri olmuşdur. Özünün dediyinə görə xeyli zərərə düşmüşdür. 2021-ci ilin əvvəlləri Cavabdeh ona müraciət edərək, 2000 (iki min) manat borc pul verməyi xahiş etdi. O da öz imkanını dəyərləndirərək ona borc olaraq 1500 manat borc pul verə biləcəyini bildirdi. Cavabdeh ondan aldığı pulu qısa müddət ərzində qaytarmalı idi. Təxminən 2 ay keçdikdən sonra Cavabdeh ona bildirdi ki, 1500 manat borcu tam olaraq qaytara bilmir və ondan borcun hissə-hissə ödənilməsini xahiş etmiş, o da, cavabdehin maddi vəziyyətinin yaxşı olmamasını nəzərə alaraq, hər ay borcundan 30-50 manat ödənilməsinə etiraz etməmişdir. Cavabdeh 2021-a ilin may ayında 30+40+35, avqust ayında 40, sentyabr ayında 30, noyabr ayında 50, dekabr ayında 50, 2022-ci ilin mart ayında 40, aprel ayında isə 30 ödəniş etmişdir. 2022-ci ilir aprel ayından sonra Cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin 1150 manat borcu qalmışdır. Dəfələrlə müraciət edib, borcunu tələb etsə də, müxtəlif bəhanələrlə 1150 manat borcunu ödəməkdən yayınır. Cavabdeh 1150 manat borcunun olmasını etiraf edir, bununla bağlı audio səs yazısı da vardır. Cavabdeh borcunu ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılmış, cavabdeh müəyyən səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia tələbini isə qəbul etdiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Şəki rayonu Turan Ə/D, Turan qəsəbəsində qeydiyyatdadır. İşdə olan audio diskdən görünür ki, cavabdehə məxsus audio səsyazmada cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin, cavabdehin telefon vasitəsi ilə iddianı qəbul etməsinin və sübut kimi təqdim edilmiş audio yazı olan diskin tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı ilə cavabdeh həqiqətən də aralarında şifahi sövdələşmə edərək aralarında razılığa gəlmişlər. Bu razılaşmadan sonra iddiaçı tərəf cavabdehə, sonuncunun xahişi ilə 1500 manat borc pul vermişdir. Razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı borc məbləğini qısa zamanda qaytaracağını bildirdmişdir. Cavabdeh həmin puldan hissə-hissə olaraq, 350 manat ödəmiş, yerdə qalan 1150 manat isə ödənilməmiş qalmışdır. Lakin daha sonra cavabdeh tərəf aralarında əldə etdikləri şifahi razılaşmanı pozaraq iddiaçıdan aldığı pulu qaytarmaqdan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin ona 1150 manat məbləğində pul qaytarmalı olmasını sübutetmə yükü iddiaçının üzərinə, lakin həmin pul öhdəliyinin mövcudluğunun olmamasının sübut etmə yükü isə cavabdehin üzərinə düşür düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən və qanundan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Beləliklə işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi şəkildə borc müqaviləsi bağlanmışdır. Lakin cavabdeh iddiaçıdan aldığı borc məbləğini qaytarmaqdan imtina etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 1150 manat borcunun qalması iş materialları ilə tədqiq olunaraq sübuta yetirilmişdir. Bundan əlavə işdə olan telefonoqramdan da görünür ki, cavabdeh özü də iddianı qəbul etmişdir. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırAzərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə aralarında əldə edilmiş şifahi razılaşma öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqi üçün 3 manat notariat rüsumu ödənilmişdir. Ona görə də məhkəmə iddianın həmin hissədə təmin olunmasını məqsədə müvafiq hesab edir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 32 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1150 (bir min yüz əlli) manat və sənədin təsdiqi üçün ödənilmiş 3 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-127/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-127/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver