Məhkəmə qərarları › İş №2(051)-1272/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1272/2025

12.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1272/2025 12.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı «pul və ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh qanunsuz balıq ovlaması nəticəsində təbiətə vurduğu 198 (bir yüz doxsan səkkiz) manat pul alınaraq (X1, kodu 210005. VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 sayli Regional Ekologiya və Təbii Servetler İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) köçürülmə hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı REST-nin əməkdaşları tərəfindən Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Mingəçevir şəhər sakini Cavabdeh qanunsuz balıq ovu edərkən saxİanılmış və ondan 2 (iki) ədəd şamayı, 4 (dörd) ədəd sıf balığı və uzunluğu 65 metr olan 1 (bir) ədəd sintetik tor maddi sübut kimi götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh Azərbaycan Respublikası "Balıqçılıq haqqında qanunun 9 və 10-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli Qərarının 2.5.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmiş və nəticədə 198 (bir yüz doxsan səkkiz) manat dəyərində təbiətə ziyan vurmuşdur. Cavabdeh yazılı izahatında qanunsuz balıq ovu etdiyini etiraf etmişdir. Mingəçevir şəhər sakini Cavabdeh Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz ovladığı 2 (iki) ədəd şamayı, 4 (dörd) ədəd sıf balığına görə balıq ehtiyatlarına vurduğu ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 nömrəli və 03 may 2021-ci il tarixli 128 saylı Qərarlarına əsasən hesablanmış, lakin ziyanın ödənilməsi istiqamətində heç bir hüquqi təsir tədbirləri görülməmişdir. Ona görə də Cavabdeh qanunsuz olaraq 2 (iki) ədəd şamayı, 4 (dörd) ədəd sıf balığın, qanunsuz ovlamaqla təbiətə vurduğu 198 (bir yüz doxsan səkkiz) manat dəyərində olan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırılması məqsədəmüvafiqdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə əvvəllər iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, 4 il öncə qanunsuz balıq ovlamışdır. Bununla bağlı da ona 700 manat cərimə tətbiq edilmişdir. Lakin 4 il ərzində ona dəymiş 198 manat ziyanla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Dəymiş ziyanı isə ödəməyə razıdır. Odur k, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 05 noyabr 2021-ci il tarixli, 72432№li aktdan görünür ki, Cavabdeh Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olmuş, qanunsuz olaraq 2 (iki) ədəd şamayı, 4 (dörd) ədəd sıf balığı ovlamış və o izahatında qanunsuz balıq ovu ilə məşğul olduğunu etiraf etmiş, bununla əlaqədar akt tərtib olunmuşdur. işdə olan 05 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan 15 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olaraq Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Cavabdeh ünvanlanmış 15 noyabr 2021-ci il tarixli 153/Q saylı məktubdan görünür ki, inzibati cəriməni qanunsuz əsaslar olmadan 30 gün müddətində könüllü icra etmədiyinə görə hər növbəti gün üçün 1% məbləğində cərimə pulu hesablanır. İşdə olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RETSİ tərəfindən verilmiş məktubdan görünür ki, 15 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərar və inzibati tənbeh vermə haqqında qərarı məcburi icraya göndərilmişdir. İşdə olan 05 may 2025-ci il tarixli “inzibati tənbehvermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RETSİ tərəfindən 15 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən, 700 manat məbləğində cərimə vəsaitinin tutulması və məcburi qaydada icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan 05 noyabr 2021-ci il tarixli, 72432 №li aktdan görünür ki, Cavabdeh 4 ədəd sıf balığı, 2 ədəd şamayı balıq ehtiyatlarına görə vurulan ziyan 198 manat həcmindədir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 noyabr 2021-ci il tarixli 2075№li məktubdan görünür ki, Cavabdeh inzibati işdə iştirak etməsi xahiş olunmuşdur. İşdə olan 8 saylı regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cavabdeh alınmış izahata əsasən, Kür qırağında 65 metr torla 4 ədəd sudak, 2 ədəd şamayka 32-lik torla həmin balıqların tutulmasına lisenziyası yoxdur. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 15 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və 05 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh heç bir icazə verilmədən qanunsuz balıq ovu ilə məşğul olmuş, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə ona inzibati tənbeh tətbiq edilsə də, bu cəriməni ödəməkdən yayınmışdır. Belə ki,.bundan başqa inzibati xəta törətməsi ilə əlaqədar ondan izahat alınmış, o öz izahatında da qanunsuz balıq ovu etdiyini etiraf etmişdir. Beləliklə, o iki ədəd şamayı, dörd ədəd sıf balığına görə təbiətə 198 manat miqdarında ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası "Balıqçılıq haqqında” Qanununun 9 və 10-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli Qərarının 2.5.1-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 198 manat məbləğində pul tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir: balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu; balıq və digər su bioresurslarının akvakultura üçün ovu; balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu; balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu. İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, “Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi, Azərbaycan Respublikasının Su Məcəlləsində və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.” Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli Qərarının 2.5.1-ci maddəsinə əsasən 2.5.1. balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə qadağandır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən dəymiş zərərə görə 198 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. AR MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət orqanı olduğundan dövlət rüsumunu ödəməkdən azad edilmişdir, lakin qanunvericiliyin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq (X1, kodu 210005. VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BiK CTREAZ22, Alan müştəri: İddiaçı, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3) 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar