Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1278/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X2iştirakıilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdehqarşı «pultələbinədair» mülkiişəaçıqməhkəməiclasındabaxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 12410 manat, habelə borcun ilyarım ləngidilməsinə görə vurulmuş zərərin əvəzi olaraq bir illik faiz dərəcəsi ilə 930 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, İddiaçı Bakı şəhərində yeni tikili binada təmirsiz mənzili olub. Cavabdeh təmir və dizayn xidmətləri göstərir. 2018-ci ilin aprel ayında iddiaçı cavabdehlə razılaşaraq 2018-ci ilin sentyabrında mənzili tam təmir edib iddiaçıya təhfil verəcəyini bildirmişdir. Cavabdeh işləri gördükcə iddiaçı ona hissə-hissə ödənişlər edirdi. Lakin işləri gecikdirirdi cavabdeh. İşdə gecikmələrin olmasına baxmayaraq cavabdehə güzəştlər edilirdi istədiyi pulu vaxtında verilirdi. Ümumilikdə təmir işlərinin görülməsi üçün iddiaçı tərəfindən cavabdehə 51847 (əlli bir min səkkiz yüz qırx yeddi) manat pul ödənilib. Lakin 2019-cu ilin yanvar ayında cavabdeh işləri yarımçıq qoyub davam etdirməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehlə faktiki gördüyü işlərlə iddiaçının ödədiyi pulların üzləşməsi aparılmış, faktiki görülən xidmətin dəyəri iddiaçının ona ödədiyi məbləğdən çıxıdıqda cavabdehin 12410 manat borcu qaldığı aşkar olundu. Cavabdeh həmçinin borcunun olduğunu təsdqi edən yazılı sənədi imzalayaraq ona vermiş və borcunu bir ay ərzində ödəyəcəyini vəd etmişdir. Artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq borc ödənilməmişdir. Dəfələrlə cavabdehdən ona olan borcunu qaytarmağı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də Cavabdeh 12410 manat, habelə borcun ilyarım ləngidilməsinə görə vurulmuş zərərin əvəzi olaraq bir illik faiz dərəcəsi ilə 930 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh aralarındakı qarşılıqlı razılaşmaya əsasən gördükləri işin müqabilində İddiaçı 12410 manat borcu olduğunu etiraf etmiş və həmin pulu xx xxxx 2019-cu il tarixinə kimi bütöv şəkildə ödəyəcəyinə öhdsəsinə götürmüş, həmin borcu təyin olunmuş müddətə kimi ödəməyəcyi təqdirdə İddiaçı ona qarşı yönəldəcəyi bütün tələbləri yerinə yetirəcəyini imzasıyla təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş Təmir və Dizayn xidmətlərinin göstərilməsi haqqında 88 № li xx xxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı bundan sonra (Sifarişçi) təmir və dizayn xidmətlərinin göstərilməsini sifariş vermiş, Cavabdeh bundan sonra (İcraçı) isə sifarişçinin müəyyən etdiyi qaydada təmir və dizayn xidmətləri (bundan sonra xidmət) göstərməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş Təmir və Dizayn xidmətlərinin göstərilməsi haqqında 88 № li xx xxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı müqavilənin tələbinə uyğun olaraq razılaşdırılmış 17000 manatı ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş Təmir və Dizayn xidmətlərinin göstərilməsi haqqında 88 № li xx xxxxxx 2018-ci il tarixli müqavilənin tələbinə uyğun olaraq sifarişçi İddiaçı müqaviləyə əsasən razılaşdırılmış məbləğin 2-ci ödənişi olan 15470 manatı ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş Təmir və Dizayn xidmətlərinin göstərilməsi haqqında 88 № li xx xxxxxx 2018-ci il tarixli müqavilənin tələbinə uyğun olaraq sifarişçi İddiaçı müqaviləyə əsasən razılaşdırılmış məbləğin 14797 manatı ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş Dizayn xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əlavə görüləcək işlərin siyahısına İnteryer dizayn, layihə işləri, İşcilik planları və Müəllif nəzarəti daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı X1 cavabdeh Əhmədov Rəşadət Möhübbət oğluna 2016 manat məbləğdə pul vermişdir. Lakin cavabdeh borc aldığı pulu iddiaçıya lazımi qaydada qaytarmamış və onun iddiaçıya 2016 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cəmi 12410 manat məbləğdə pulu cavabdehə vermiş, cavabdeh isə aldığı pulu iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmışşifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehdən 12410 manat, habelə borcun ilyarım ləngidilməsinə görə vurulmuş zərərin əvəzi olaraq bir illik faiz dərəcəsi ilə 930 manat məbləğdə pul tələb etsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 12410 manat məbləğdə borcu qalmışdır. Ona görə də iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 12410 manat məbləğdə pulun alınıb iddiaçıya verilməsi qət edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12410 (on iki min dörd yüz on) manat məbləğdə pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1278/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1278/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver