Məhkəmə qərarları › İş №2(051)-1281/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1281/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1281/2021 19.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququn tanınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onların Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbinə uyğun izahat verdi və təmsil etdiyi şəxslərin adından danışaraq izahatında əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzili dövlət mənzil fonduna daxil olmaqla Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27.11.1969-cu il tarixli 77 saylı qərarına əsasən babası Cabbar İsayev və onun ailə üzvlərinə, yəni anası Cavabdeh3, dayısı Elsəvər İsayevə, nənəsi Sünbül İsayevaya verilmişdir. O, İddiaçı1 xx xxxxxx 2001-ci ildə, o İddiaçı2 xx xxxx 2002-ci ildə bu mənzildə doğulub boyabaşa çatmışlar. Burada onlar nənəsi Sünbül İsayeva, dayısı Elsəvər İsayev və anası Cavabdeh3 ilə birgə yaşamışlar. X5 2017-ci ildə vəfat etmişdir. X6 Cavabdeh2 ilə olan nikahına xitam verildiyindən sonuncu bu mənzili 2005-ci ildən tərk edib getdiyindən o bizimlə yaşamamışdır. Hazırda məhkəmə qətnaməsinə əsasən Cavabdeh2, dayısı oğlu Cabbar İsayevlə birgə həmin mənzildə yaşayır. Onlar da həmin mənzildə analarıyla birgə yaşayırlar. Artıq 20 ildir ki, onlar bu mənzildə digər ailə üzvləri ilə birgə təsərrüfat aparmaqla yaşayırlar. Mənzilin təmir edilməsində, saxlanmasında iştirak edirlər. Ona görə də məhkəmədən onların Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 baldızı Cavabdeh3 qızlarıdır. cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüququ ilə bağlı heç bir etirazı yoxdur. Lakin məhkəmə mübahisəsi bitənədək cavabdehlərin qeydiyyata düşməsinə razı deyildir. Cavabdeh3 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 onun qızlarıdır. Onların mənzildən istifadə hüququ ilə bağlı heç bir etirazı yoxdur. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə göndərərək, cavabdehlərin mənzildən istifadə hüququ ilə bağlı heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş AZ-İ № 955052 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 adlı uşağın atası X7 anası isə Cavabdeh3dır. İşə əlavə olunmuş AZ-İ № 955053 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 adlı uşağın atası X7 anası isə Cavabdeh3dır. İşə əlavə olunmuş Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 28 noyabr 1969-cu il tarixli 817 №-li Orderdən görünür ki, “70 Fuçik” binası ev 6 mənzil 4 ünvanı vətəndaş X3 istifadəsinə verilmişdir. İşə əlavə olunmuş cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüququ ilə bağlı heç bir etirazları yoxdur. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi Dairəsinin**********05 №-li 16 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 nömrəli binanın 4 saylı mənzili barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf olmuşdur. Ona görə də tərəflər məhkəməyə müraciət etmişlər. Hal-hazırda isə tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını araşdırıb belə hesab edir ki, hazırki iş üzrə mübahisə obyekti olan əmlak dövlət əmlakı olduğundan və iddiaçıların əmlak üzərində münasibəti 1 sentyabr 2000-ci il tarixinə qədərki dövrə daxil olduğundan hazırki mübahisədə əvvəlki Mənzil Məcəlləsinin normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə işə materiallarını və cavabdehlərin ərizələrini əhatəli şəkildə nəzərdən keçirib belə hesab edir ki, iddiaçılar cavabdehlərin ailə üzvləridir. Əvvəlki Mənzil Məcəlləsinin müvafiq normalarında da göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ona görə də iddiaçıların mənzilə istifadə hüququnun tanınması tələbi əsaslıdır. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və iddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzilinə istifadə hüquqları tanınmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı evin 4 saylı mənzilinə istifadə hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar