Məhkəmə qərarları › İş №2(051)-1286/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1286/2022

05.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1286/2022 05.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/2 saylı evin, 26 saylı mənzilinin miras əmlak kimi qəbul edilməklə, miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 09 avqust 1977-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilində böyümüşdür. X15 ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün məhkəmə qaydasında ayrılmışlar. Baxmayaraq ki, Rahiblə nikahları olmuş, boşanmazdan əvvəl atası və anası ilə bir mənzildə yaşamışdır. X17 uzun müddət dövlət müəsissəsində işlədiyi üçün Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzili dövlət tərəfindən anasına və ailələrinə ayrılmışdır. Sonradan Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzili anasının adına özəlləşdirilmiş, Çıxarış alınmışdır. Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilində qeydiyyatdadır. X17 xəstə olduğu üçün anasının mülkiyyətində olan Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilində anası ilə yaşamış, ona qulluq etmişdir. X1 11 sentyabr 2018-ci ildə vəfat etdi. Anasının yas mərasimini verdilər, həmin mənzildə yaşamağa davam etdi. Mingəçevir şəhər "Bazarstore" adlanan supermarketdə satıcı işlədi. "Bazarstore" adlanan supermarketdən işdən çıxıb işləmək üçün Bakı şəhərinə getdi. Bütün əşyaları X1ndan miras qalmış Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilindədir. Az bir müddət Bakı şəhərində kirayədə yaşadı. Bakı şəhərindən gəlib anasından miras qalmış, qeydiyyatda olduğu və bütün əşyaları yerləşən Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilinə daxil olmaq istədi, atası Cavabdeh1 ona mane olub mənzilə daxil olmağa imkan vermədi. Atasıdır, 70 yaşı var deyə fikirləşib qardaşına dedi ki, atasına izah etsin ki, o, bu mənzildə yaşamalıdır, imkan versin ki, anasından miras qalmış mənzildə yaşasın, yoxsa məhkəməyə müraciət edəcəcək. Qardaşı Cavabdeh2 da atasının sözünü deyib mənzildən əşyalarının çıxarılmasını təkid etdi. Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzili anasından miras qalmışdır. Anasının ölümündən sonra da bir müddət həmin mənzildə yaşamışdır. Qanun üzrə vərəsədir. Mübahisə edilən mənzildə qeydiyyatdadır, bütün əşyaları da həmin mənzildədir. Atası Cavabdeh1 və qardaşı Cavabdeh2 ona anasından miras qalmış, miras payı olan mənzildə yaşamağa imkan vermirlər. Notariat ofisinə müraciət edərək anasından miras qalmış əmlaka, mənzilə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etdi. Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisindən bildirdilər ki, miras əmlaka vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Ondan başqa anasının digər 3 nəfər - əri, oğlu Ramil və qızı Afaq qanuni vərəsələri vardır. İddianın təmin olunmasını, mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/2 saylı evin, 26 saylı mənzilinin miras əmlak kimi qəbul edilməklə, miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mərhum X6 ilə 29 aprel 1976-cı ildə rəsmi nikahlarını qeyd etdirməklə, ailə qurmuşdular. Birgə nikahlarından X7, X8 və Cavabdeh2 adlı uşaqları doğulmuşdur. X14 işlədiyi müddətdə mənzil növbəsində olmuş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 6/2 №-li evin 26 №-li mənzili arvadının adına qeyd edilməklə onların istifadəsinə verilmişdir. Sonra həmin mənzil ailə üzvlərinin razılığı ilə X14nın mülkiyyətinə verilmişdir. X14 11 sentyabr 2018-ci ildə vəfat etmişdir. A.Məmmədov küçəsi 6/2 №-li evin 26 №-li mənzili arvadından miras qalmışdır. O, həmin mənzildə yaşamış, hazırda da arvadından miras qalmış mənzildə yaşayır. Oğlu Ramil, qızı Afaq, eləcə də iddiaçı miras qalmış mənzildə qeydiyyatdadırlar. Ramil anasının ölümündən sonra da anasından miras qalmış mənzilə gəlib-gedir. Qızı Afaq ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Ailə vəziyyəti, işi ilə əlaqədar gələ bilmir, ancaq əşyaları miras qalmış mənzildədir. İddiaçıya da məxsus bəzi əşyalar mübahisəli mənzildədir. Ancaq iddiaçı anasına qayğı göstərməmiş, layiqli vərəsə olmamışdır. Ona görə də hesab edir ki, anasından qalmış miras üzrə iddiaçının heç bir haqqı yoxdur. Bundan əlavə iddiaçının valideynlərinə, bacı-qardaşına münasibəti normal olmamışdır. İddiaçı ilə bir mənzildə yaşamaqları mümkün deyil. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdi ki, miras qoymuş Ərkinaz Şirinova onun anasıdır. Anası 11 sentyabr 2018-ci ildə vəfat etmişdir. O, anasının mülkiyyətində olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 6/2 №-li evin 26 №-li mənzilində yaşamışdır. Anasının ölümündən sonra da həmin mənzilə gəlib-getmiş, mənzildən istifadə etmişdir və mənzildə qeydiyyatdadır. O, anasının qanun üzrə birinci dərəcəli vərəsəsidir. Qanun üzrə vərəsə kimi onun da miras əmlakda payı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/2 saylı evin, 26 saylı mənzili X4 adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X4 nikahları xx.xx.1976-cı il tarixdə Yevlax rayonu Bucaq kənd Sovetində və 7 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş arayışlardan görünür ki, X7 09 avqust 1977-ci ildə, X8 isə 19 iyun 1981-ci ildə Cavabdeh1 ilə X4 birgə nikahından doğulmuşdurlar. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli, 05/70-273/69 nömrəli arayışdan və AZ-İ 949855 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 sentyabr 2018-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X8, X12 və X2 şəhəri, Aydın Məmmədov küçəsi, 6/2 saylı evin, 26 saylı mənzilində qeydiyyatdadırlar. İşə əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2022-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı, əri Cavabdeh1, Cavabdeh2 və qızı X7 barədə məlumatlar aşkar edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 168 nömrəli cavab məktubundan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı tələbində X1ndan miras qalmış Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 saylı evin 26 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi, miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, A.Məmmədov küçəsi 6/2 №-li evin 26 №-li mənzili X4 mülkiyyətində olmuşdur. Ə.Şirinova 11 sentyabr 2018-ci ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər miras qoyan Ə.Şirinovanın birinci dərəcəli vərəsələridir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X6 mirasla bağlı vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələrdir. İş materialları ilə müəyyən edilir ki, miras qoyan X4 1-ci növbəli vərəsələri İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eləcə də X5r. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan iddia tələbi araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı miras qalmış mənzildə yaşamış, həmin mənzildən istifadə etmiş, mənzildə qeydiyyatdadır və bununla da mirası qəbul etmişdir. Həmçinin, müəyyən edildi ki, Cavabdeh1 qeyd edilən mənzildə yaşamış, hazırda da həmin mənzildə yaşayır, qeydiyyatdadır. Digər Cavabdeh2 da anasından miras qalmış mənzildə qeydiyyatdadır, mənzilə gəlib-gedir və mənzildən istifadə edir. Eləcə də digər vərəsə X8 anasından miras qalmış mənzildə qeydiyyatdadır, ona məxsus əşyalar miras mənzildədir və mənzildən istifadə edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ə.Şirinovadan qalmış miras, həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vərəsə Afaq Mustafayeva tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr bərabər pay hüquqlu sayılırlar. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, miras qoyan X4 iddiaçı da daxil olmaqla dörd nəfər qanun üzrə birinci dərəcəli vərəsələri vardır. Vərəsələr miras əmlakı faktiki qəbul etmişlər, hər bir vərəsə miras əmlaka bərabər pay hüquqludur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçının X3 miras qalmış Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 6/2 №-li evin 26 №-li mənzilində dörddə bir hissədə miras payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. X3 miras qalmış Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/2 №-li evin, 26 №-li mənzilə dörddə bir hissədə İddiaçı miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar