Məhkəmə qərarları › İş №2(051)-1290/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1290/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1290/2020 13.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı “İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq Müəyyən etdi : İddiaçı “İddiaçı QSC cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı “İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, müəyyən olundu ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1, X1 rayonu Masazır kəndində, digər Cavabdeh3 isə Masallı rayonu Hacıtəpə kəndində qeydiyyatdadırlar. Ona görə də mülki işin ərazi aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Həmidov X3 rayonu Hacıtəpə kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər “AZEMİS” Elektron Məhkəmə İnformasoya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Tağıyev X6 rayon Masazır kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər “AZEMİS” Elektron Məhkəmə İnformasoya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Tağıyev X7 rayon Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa o halda başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.3, 44.2.2, 45.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı : İddiaçı “İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar