Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1292/2020 23.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağıoğlununsədrliyi, X2katibliyi, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllülü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək iddianın təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını, Cavabdeh isə məhkəməyə teleqram göndərərək iddianın rədd edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(018)-668/2019 saylı qətnaməsinə əsasən atalıq müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması cavabdehdən hər ay 100 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Astara rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsi üçün yetərli deyil. Övladı xəstədir və müalicəyə ehtiyacı var. Uşaqlar üçün müəyyən olunmuş alimentin miqdarı nəzərə alınmaqla uşağın xərcləri də nəzərə alınmalı və ən azı yaşayış minimumuna uyğun aliment təyin olunmalıdır. Cavabdeh uşağın təminatını ödəmək üçün lazımi qaydada köməklik etmir. Uşağın qayğısına tək qalmaq onun maddi vəziyyətini çətinləşdirir. Ona görə də iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllülü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da azyaşlı X4 iddiaçının himayəsindədir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh göstərilmişdir. İşə əlavə olunmuş Astara rayon məhkəməsinin 2(018)-668/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xx xxxxxxxx 2017-ci ildə anadan olmuş uşağı X3 atası olması müəyyən edilməsi, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Zeynəb adlı uşaq anası İddiaçı yanında qalmışdır. xx xxxx 2019-cu il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh 100 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçıya dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və öz tələbini təstiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra iddiaçının maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmuşdur. Belə ki, portaldan çıxarışdan görünür ki, iddiaçı "xxxxxxxxxxxx" MMCdə işləyir və aylıq məvacibi 250 manat təşkil edir. İddiaçı alimentin artırılması və Cavabdeh maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə və alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1292/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1292/2020
23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver