Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-1294/2020 16.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu ünvan 1 mənzil 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 33 ünvanda yaşayan Kreditor iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 2 mənzil 33 ünvanda yaşayan Borclu hər ay qazancından üçdə bir hissə miqdarında aliment tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ M: Tələbkar Kreditor təqdim etdiyi sənədlərdən görünür ki, BorcluNurəddin oğlu ilə xx xxxxxx 2017-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, xx xxxxxx 2019-cu ildə qızı Miray, xx xxxx 2020-ci ildə oğlu Tunar doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Borclu uşaqların saxlanmasında ona maddi köməklik göstərmir. Uşaqlara baxmaqda çətinlik çəkdiyinə görə borclunun aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, alimentin ödənilməsi barədə məhkəmə əmri verilməlidir. Beləki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşağı saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması haqqında verilmişsə, məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X1 valideynləri Borclu və Kreditordır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdəbir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ərizəyə əlavə edilmiş sənədlərlə Kreditor tələbinin əsaslı olduğu, həmin tələbin Borclu mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq edildiyindən, məhkəmə hesab edir ki, həmin tələb üzrə məhkəmə əmriverilməsi mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 100-cü və Azərbaycan Respublikası MPM-nin 275-282-ci maddələrini rəhbər tutaraq ƏMR E T D İ M: Ərizə təmin edilsin. xx xxxxxx 2019-cu il təvəllüdlü X2 vəxx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir şəhəri Ə.Vahid küçəsi ev 6, mənzil 33 yaşayan, Borclu aylıq qazancının 1/3 (üçdəbir) hissəsi miqdarında aliment xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay tutulub, tələbkar Kreditorv erilsin. Borcludan20 (iyirmi) manatməbləğindədövlətrüsumututulsun. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1294/2020
Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-1294/2020
16.07.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver