Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1305/2023 06.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı uşaqla görüş vaxtlarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqla görüş vaxtlarının dəyişdirilməsi tələbinə dair ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 29 avqust 2020-ci il təvəllüdlü Nəzmi adlı övladı ilə onun hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək onun yaşadığı ünvandqalmaq şərti ilə, bayram və ad günlərində saat 11:00-dan 16:00dək heç bir müdaxilə olmadan Cavabdeh iştirakı müdaxiləsi olmadan onun nəzarətinə verilməklə ünsiyət hüququnun təmin olunması və görüş yeri və vaxtlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallar mövcud olmaqdıqda yəni tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mediasiya haqında qanunun tələblərinə əməl etmədən və müvafiq medisiya sessiyasında iştirakı vacib olan arayışı məhkəməyə təüqdim etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı uşaqla görüş vaxtlarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 110 azn dövlət rüsumu X1 geri qaytarılsın. Tərəflərə izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1305/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1305/2023
06.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver