Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1314/2020 14.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X6 Kredit Təşkilatı İddiaçı nümayəndəsi X4 iştirakı ilə, iddiaçı: X7 Təşkilatı İddiaçı cavabdeh: Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetnə yönəldilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 Kredit Təşkilatı İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh «27» Aprel 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinəəsasən əsas borc üzrə 594.72 (beş yüz doxsan dörd 72 qəpik) manat, «01» Avqust 2019-cu il il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfı) manat, cəriməüzrə 59.47 (əlli doqquz 47 qəpik) manat olmaqla ümumilikdə 654.19 (altı yüz əlli dörd 19 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin X7 Təşkilatı“xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın «27» Aprel 2017-ci il tarixli, girov müqaviləsinəəsasən girov qoyulmuş Cavabdeh məxsus 60 ABŞ dolları dəyərində olan çəkisi 5.5 qr olan 583 əyyar sırqa 1 (bir)cüt və 387 ABŞ dolları dəyərində olan çəkisi 18.9 qr olan 750 əyyar boyunbağı+bilərzik qızıl-zinyət əşayalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin X7 Təşkilatı“xxxxxxxx” MMC-nin xeyrinəödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinəəsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X6 Kredit Təşkilatı İddiaçı nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia tələbinin baxılmamış saxlanmasını və iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb məcmu halda qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin baxılmamış saxlanması barəsindəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Qanunda cavabdeh məhkəmədə iştirak etmədikdə, iddiaçının ərizəni geri tələb etməsinəəsasən iddianın baxılmamış saxlanmasını nizamlayan xüsusi prosessual norma nəzərdə tutulmasa da məhkəmə hesab edir ki, məhkəmə prosesində cavabdehin etirazı olmadığı halda iddiaçının xahişi ilə iddia ərizəsinin geri qaytarılması tərəflərin mənafelərinə zidd deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsi iddia tələbinin baxılmamış saxlanmasını iddiaçının iradəsi və cavabdehin etirazının olmaması iləşərtləndirir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlandığından dövlət rüsumu olan 30 (otuz) manat X7 Təşkilatı İddiaçınə qaytarılmalıdır. Tərfələrə izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263, 264, 267, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldı: X6 Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetnə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat X7 Təşkilatı İddiaçınə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1314/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1314/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver