Məhkəmə qərarları › İş №2(051)-1317/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1317/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1317/2020 15.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: İddiaçı MMC-nin cavabdeh: Cavabdeh qarşı «Pul » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3351/2017 nömrəli məhkəməəmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC-nin arasında olan xx xxxxxxx 2013-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 788 manat olan məişət avadanlığı əldə edib. Daha sonra borclu İddiaçı MMC-dən xx xxxxxxx 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat və xx xxxxxxx 2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1382 manat, xx xxxxxxx 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 635 manat, xx xxxxxx 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, xx xxxxxx 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, xx xxxxxx 2013cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, xx xxxxxx 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə edib. Borclunun hər 10 müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 3647 (üç min altı yüz qırx yeddi) manat borcu qalıb. Borclu müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora ümumilikdə 3647 manat məbləğdə borcu qalmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun 3647 manat məbləğdə əsas borcu yaranmışdır. Buna görə də, Cavabdeh 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının, cəmi 3668 manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat, xx.xx.2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1382 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 635 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə etmişdir. İşdə olan İddiaçı MMC-nin xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 300 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 292 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK 4427379/80/81/82 saylı müqavilə üzrə ödənilməmiş 552 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 254 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 315 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 329 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 520, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 285 manat, xx.xx.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 480 manat, xx.xx.2013cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 320 manat olmaqla ümumilikdə 3647 manat əsas (qalıq) borcu vardır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq vəöhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti və 1 manat xidmət haqqı da borcludan kreditorun xeyrinə tutulmalıdır. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinəödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 3647 manat məbləğdə pul alınıb İddiaçı MMC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul və 1 manat xidmət haqqı cavabdehdən tutulub İddiaçı MMC-nə ödənilsin. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar