Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1329/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC-ə qarşı “alğı-satqı müqaviləsinin icrasına xitam verilməsi və ödədiyi pul məbləğinin qaytarılması və ya yarasız vəziyyətdə satılmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması” tələbinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə aralarında olan alğı-satqı müqaviləsinin icrasına xitam verilməsi və Xiaomi POCO M3 6 pro model telefon üçün ödədiyi pul məbləğinin qaytarılması və ya yarasız vəziyyətdə ona satılmış mobil telefonun müqaviləyə uyğun digər mobil telefon ilə əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi göstərilməlidir. Lakin iddiaçı ərizəsində Xiaomi POCO M3 6 pro model telefon üçün ödədiyi pul məbləğinin qaytarılmasını qeyd etsə də, qaytarılmasını tələb etdiyi mobil telefonun məbləğini göstərməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh MMC-ə qarşı alğı-satqı müqaviləsinin icrasına xitam verilməsi və ödədiyi pul məbləğinin qaytarılması və ya yararsız vəziyyətdə ona satılmış mobil telefonun müqaviləyə uyğun digər mobil telefon ilə əvəz olunması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Mingəçevir şəhər Məhkəməsinin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1329/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1329/2022
20.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver