Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1331/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(051)-1331/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialından iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış 04.12.2014-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh "xxxx" İKB ASCdən 25 ay müddətinə 538,47 manat kredit götürmüşdür. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat məbləğində borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış 04.12.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 25 ay müddətinə 538.47 manat kredit vermişdir. İşdə olan 04.12.2014-cu il tarixli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC–dən (əvvəlki adı "xxxx" İKB ASC) 10-166129-12 nömrəli bir ədəd plastik kartı şəxsən almışdır. İşdə olan cavabdehə ünvanlanmış 20.04.2021–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.12.2014-cü il tarixli 10-Y-3-0-2712-14 nömrəli kredit müqaviləsi üzrə 27.05.2021–ci il tarixə banka 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla cavabdeh , Cavabdeh arasında bağlanmış 04.12.2014-cü il tarixli 10-Y-3-0-2712-14 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 25 ay müddətinə 538.47 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun banka 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat borcu heablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdeh X1 27.05.2021–ci il tarixədək iddiaçı banka 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat borcu qalmışdır.. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 04.12.2014-cü il tarixli 10-Y-3-0-2712-14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 61,53 manat əsas borcu, 22,08 manat faiz borcu, 17,21 manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 manat əldən çıxmış fayda olmaqla, cəmi 111.87 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.12.2014-cü il tarixli 10-Y-3-0-2712- 14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 61,53(altmış bir manat, əlli üç qəpik) manat əsas borc, 22,08 (iyirmi iki manat, səkkiz qəpik) manat faiz borcu, 17,21 (on yeddi manat, iyirmi bir qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 04.01.2017-ci il tarixdən 27.05.2021-ci i tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.05 (on bir manat, beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 111.87( yüz on bir manat, səksən yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (otuz) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1331/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1331/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver