Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1333/2021 29.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı « uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən aylıq alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 07.06.2011-ci il təvəllüdlü oğulları X1 üçün müəyyən edilmiş sabit pul məbləğində 120 manat aylıq alimentin arıtırılaraq ayda 250 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə birgə rəsmi nikahdan 07.06.2011-ci il təvəllüdlü oğulları X5 doğulmuşdur. Sonradan Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2014-cü il tarixli qətnaməsi aralarındakı rəsmi nikah qeydi pozulmuş, uşaq onun yanında qalmış və onun saxlanması üçün hər ay 70 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Sonradan onun ərizəsi əsasında Mingəçevir şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 12.07.2019-cu il tarixli, 2(051)- 1567/2019 saylı qətnaməsi ilə aylıq alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. Onu da bildirir ki, uşaq böyüdükcə onun saxlanması xərcləri də sürətlə artır. Uşaq məktəbdən kənar ödənişli məşğələlərə gedir. O özü kirayədə yaşayır. Ona görə də uşağın saxlanmasında çox böyük çətinliklər çəkir. Bütün deyilənləri nəzərə alaraq o, Mingəçevir şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(051)-1567/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat sabit pul məbləğində aylıq alimentin artırılaraq 250 manat müəyyən edilməsini məhkmədən xahiş edir. Onu da bildirir ki, cavabdeh "xxxx" LTD MMC-də işləyir. Kifayət qədər yüksək aylıq qazancı var. Tələb olunan aliment onun imkanları daxilindədir. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 07.06.2011-ci il təvəllüdlü oğulları X1 üçün müəyyən edilmiş sabit pul məbləğində 120 manat aylıq alimentin arıtırılaraq ayda 250 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh oğlu məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, iddiaçı ilə birgə rəsmi nikahdan 07.06.2011-ci il təvəllüdlü oğulları X5 doğulmuşdur. Sonradan Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2014-cü il tarixli qətnaməsi aralarındakı rəsmi nikah qeydi pozulmuş, uşaq iddiaçının yanında qalmış və onun saxlanması üçün hər ay 70 manat alimentin ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan iddiaçının ərizəsi əsasında Mingəçevir şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 12.07.2019-cu il tarixli, 2(051)-1567/2019 saylı qətnaməsi ilə aylıq alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. O, İİİ qrup əlildir. "xxxx" LTD MMC-də yardımçı fəhlə işləyir. Maddi cəhətdən vəziyyəti pisdir. Onun iddia tələbində göstərildiyi məbləğdə aliment ödəyəcək imkanı yoxdur. Məhkəmədən qətnamə çıxarərkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Belə ki, işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (şəkilsiz) sürətindən görünür ki, 07.06.2011-ci il təvəllüdlü Vəlizadə Yusif adlı uşağın atası Cavabdeh anası isə Vəliyeva Gülşəndir. İşə əlavə olunmuş AZ-İ № 362223 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 13.06.2014-cü il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(051)- 1576/2019 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhər X11 yaşayan Cavabdeh tutulan alimentin məbləği artıralaraq, 07 iyun 2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat müəyyən edilsin və hər ay tutularaq, Yevlax rayonu Xanabad kəndində yaşayan X2 verilsin. İşə əlavə olunmuş "xxxx" LTD MMC-nin 117 №-li, 05 iyul 2021-ci il tarixli Arayışından görünür ki, X8 01.10.2019-cu il tarixindən hal-hazıra kimi "xxxx" LTD MMC-də yardımçı fəhlə işləyir və aylıq əmək haqqı 252,95 AZN maaş köçürülür. İşə əlavə olunmuş Dövlət Sosial Müdafiə X12 Şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir Şəhər Qəbul Şöbəsinin **********4 №-li 27 iyul 2021-ci il tarixli Arayışından görünür ki, Vıliyev Zaur Vahid oğlu həqiqətən ümumi səbəbdən İİİ qrup əlil olduğuna görə müddətsiz müavinət alır və müavinətin məbləği 110 manatdır. İşə əlavə olunmuş “X9” MMC ilə İddiaçı arasında bağlanmış 20 may 2021-ci il tarixli müqavilədən görünür ki, X3 Azərbaycan bölməsi üzrə Ali məktəblərin qəbul imtahanlarına hazırlığı barədə razılığa gəlmişlər. 1.2-ci maddəsinə əsasən Sifarişçi isə göstərilən xidmətlərin müqabilində müqavilə ilə razılaşdırılmış xidmət haqqını tələ olunan müddətə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş 2021-2022 №: ******* nömrəli Təhsil haqqı ödəniş cədvəlindən görünür ki, İddiaçı 20.05.2021-20.03.2022-ci illər ərzində 50-73 AZN, cəmi 710 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Kadrlar Baş İdarəsindən görünür ki, 16.06.2021-ci il tarixli, 4/7-3936 №-li İddiaçı göndərimiş cavab məktubundan görünür ki, Komissiyanın qərarına əsasən oğlunun məktəbə qəbul edilməsi mümkün olmamışdır. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 07.06.2011-ci il təvəllüdlü X10 oğlu iddiaçının yanındadır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Amin adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay uşağa 150 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh oğlundan Mingəçevir Şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(051)-1576/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 07.06.2011-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 150 (bir yüz əlli) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Cavabdeh oğlundan Mingəçevir Şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(051)- 1576/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 07.06.2011-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 150 (bir yüz əlli) manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1333/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1333/2021
29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver