Məhkəmə qərarları › İş №2(051)-1333/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1333/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1333/2022 12.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, ərzaq mağazası işlədir. Cavabdeh ilə tanışdır. Cavabdeh onun mağazasından nisyə olaraq ərzaq almışdır. Lakin ona olan borcunu indiyədək ödəməmişdir. Cavabdehin ümumi olaraq ona 299.70 manat borcu vardır. Qalib ona borcunu ödəmək üçün kart vermiş, lakin kart bağlı olduğuna görə ödəməni həyata keçirmək mümkün olmamışdır. O, dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, cavabdehdən 299.70 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, iddiaçının mağazasından 299.70 manat dəyərində ərzaq məhsulları götürmüşdür. Lakin maddi imkanı olmadığına görə nisyə almış olduğu həmin ərzaq məhsullarının dəyərini ödəməmişdir. Borcunu ödəyəcəkdir. İşə əlavə olunmuş nisyə sənədindən görünür ki, Cavabdeh İddiaçı mağazasından müxtəlif vaxtlarda 299.70 manat dəyərində ərzaq almışdır. Cavabdeh işə əlavə olunmuş izahatında göstərilir ki, o, həqiqətən də İddiaçı mağazasından 299.70 manat dəyərində ərzaq almışdır. Lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Həmin borcunu iddiaçıya hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində Cavabdeh onun mağazasından nisyə olaraq ərzaq aldığını, lakin ona olan borcunu indiyədək ödəmədiyini, nəticədə cavabdehin mağazaya 299.70 manat borcu yarandığını bildirərək həmin borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh də yazmış olduğu 01 iyun 2022-ci il tarixli izahatında iddianı etiraf edərək, həqiqətən də, İddiaçı mağazasından ərzaq aldığını, 299.70 manat borc yarandığını, lakin maddi imkanı olmadığına görə indiyədək borcunu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi, iddiaçıdan aldığı əşyaların dəyərini ödəməməsi, həmçinin, özünün etirafı ilə də müəyyən olunur. Ona görə də iddia təmin olunmalı, cavabdehdən 299.70 (iki yüz doxsan doqquz manat yetmiş qəpik) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 299.70 (iki yüz doxsan doqquz manat yetmiş qəpik) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar