Məhkəmə qərarları › İş №2(051)-1337/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1337/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1337/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı: İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 09.12.2020-ci il tarixli 001344 saylı alqı-satqı müqaviləsi üzrə 240 manat məbləğdə, 09.12.2020-ci il tarixli 001345 saylı alqı-satqı müqaviləsi üzrə 370 manat məbləğdə borcun və 30 manat dövlət rüsumu, 1) 610 manat məbləğdə əsas borc və 30 manat dövlət rüsumu omaqla ümumi olaraq 640 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra mətndə Məhkəmə) 16.07.2021-ci il tarixli, 2(051)- 1337/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiaaları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə 001344 saylı 09.12.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh İddiaçı MMC-dən 250 manat dəyərində “ZLN 35-29” növlü mal almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 10 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 250 manat ümumi məbləğdən 10 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 240 manat etmişdir. Bu isə 9 aylıq ödəmə şərti ilə ilk 6 ayda hər aya 25 manat, növbəti 3 ayda isə hər aya 30 manat ödəniş etmişdir. 1-ci müqavilə üzrə heç bir ödəniş edilməmişdir. Qalıq borc 240 manat. 09.12.2020-ci il tarixli, 001344 saylı alqı-satqı müqaviləsi üzrə TAB MMC-ə 240 manat ödəniş edilməlidir. 09.12.2020-ci il tarixli, 001345 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh TAB MMC-dən 390 manat dəyərində “ZLN 3741” növlü mal almışdır. Eyni zamanda alqısatqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 20 manat ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 390 manat ümumi məbləğdən 20 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 370 manat etmişdir. Bu isə 9 aylıq ödəmə şərti ilə ilk 8 ayda hər aya 40 manat, son ayda isə 50 manat ödəniş edir. 2-ci müqavilə üzrə heç bir ödəniş edilməmişdir. Ödənilməyən qalıq məbləğ 370 manat. 09.12.2020-ci il tarixli, 001345 saylı alqı-satqı müqaviləsi üzrə TAB MMC-ə 370 manat ödəniş edilməlidir. Hər iki müqavilə üzrə ümumi olaraq isə Cavabdeh TAB MMC-ə 610 manat ödəniş etməlidir. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlı edilməsinə baxmayaraq, o müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. 09.12.2020-ci il tarixli 001344 saylı alqı-satqı müqaviləsi üzrə 240 manat məbləğdə, 09.12.2020-ci il tarixli 001345 saylı alqı-satqı müqaviləsi üzrə 370 manat məbləğdə borcun və 30 manat dövlət rüsumu, 1) 610 manat məbləğdə əsas borc və 30 manat dövlət rüsumu omaqla ümumi olaraq 640 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı MMCnin arasında olan 001344 saylı 09.12.2020-ci il tarixli, alqı-satqı müqaviləsi ilə 250 manat dəyərində “ZLN 35-29” növlü mal almışdır. Eyni zamanda 09.12.2020-ci il tarixli, alqı-satqı müqaviləsi ilə Cavabdeh TAB MMC-dən 390 manat dəyərində “ZLN 3741” növlü mal almışdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri abunə haqqının ödənilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin borc tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış abunə müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09.12.2020-ci il tarixli 001344 saylı alqı-satqı müqaviləsi üzrə 240 manat məbləğdə borc, 09.12.2020-ci il tarixli 001345 saylı alqı-satqı müqaviləsi üzrə 370 manat məbləğdə borc ümumilikdə 610 manat məbləğdə əsas borc alınaraq İddiaçı MMCnin hesabına verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar