Məhkəmə qərarları › İş №2(051)-1342/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1342/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1342/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh «Unibank Kommersiya Bankı» MMC-yə qarşı zaminlikdən çıxarılmağı tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdim: İddiaçı X3 cavabdeh «Unibank Kommersiya Bankı» MMC-yə qarşı zaminlikdən çıxarılmağı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən filiallar hüquqi şəxs deyildirlər, onların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüququ şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia cavabdeh hüquqi şəxs «Unibank Kommersiya Bankı» MMC-nin Mingəçevir filialına qarşı verməsi qanunla mümkün deyil və hüquqi şəxsin yerləşdiyi yerə görə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən X1 iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı X3 cavabdeh «Unibank Kommersiya Bankı» MMC-yə qarşı zaminlikdən çıxarılmağı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar