Məhkəmə qərarları › İş №2(051)-1343/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1343/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1343/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu, 1.86 manat cərimə borcu olmaqla, cəmi 236.52 manat məbləğində pulun vəödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1343/2020 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı bank tələbini beləə saslandırmışdır ki, bankla cavabdeh arasında xx.xx.2014cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə 500 manat məbləğində kredit limiti ayırmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2020–ci il tarixədək cavabdehin 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 1.86 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən xx.xx.2014-cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsi üzrə 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu, 1.86 manat cərimə borcu olmaqla, cəmi 236.52 manat məbləğində pulun vəödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçınə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 84 ay müddətinə 500 manat məbləğində kredit limiti ayırmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2020–ci il tarixədək cavabdehin 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu, 1.86 manat cərimə borcu olmaqla, cəmi 236.52 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 84 ay müddətinə 500 manat məbləğində kredit limiti ayırmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 1.86 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu, 1.86 manat cərimə borcu olmaqla, cəmi 236.52 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 209.23 manat əsas kredit borcu, 25.43 manat faiz borcu, 1.86 manat cərimə borcu olmaqla, cəmi 236.52 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli 3962tkMNG/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 209.23 (iki yüz doqquz manat iyirmi üç qəpik) manat, faiz borcu üzrə 25.43 (iyirmi beş manat qırx üç qəpik) manat, cərimə borcu üzrə 1.86 (bir manat səksən altı qəpik) manat olmaqla, cəmi 236.52 (iki yüz otuz altı manat əlli iki) manat pul alınıb İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar