Məhkəmə qərarları › İş №2(051)-1349/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1349/2021

30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1349/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən aylıq alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 21.09.2013-ci il təvəllüdlü oğulları X1 üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin arıtırılaraq ayda 175 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Ucar rayon məhkəməsinin 26.08.2015-ci il tarixli 2(063)412/2015 saylı qətanməsinə əsasən onunla cavabdeh arasında Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah 25.08.2021-ci il tarixdə pozulmuş birgə niklahdan olan uşaq onun himayəsində saxlanmış Cavabdeh 20 may 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 manat məbləğində aliment tutularaq Dinarın saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda 80 manat alimentlə uşağın xərclərini ödəmək mümkün deyildir. Belə ki, hazırda uşaqların yaşayış minumumu 67 manat yüksəlmiş və uşağın böyüməsi nəticəsindəı onun ehtiyacları da artmışdır. Uşaq hazırda məktəbə gedir. 80 manat aliment təyin olunanda isə o məktəbli deyildi. Məktəbə getməsi isə əlaqədar olaraq ona məktəbə getmək üçün paltar və dərs ləvazimatları da tələb olunur. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 21.09.2013-ci il təvəllüdlü qızları X1 üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin arıtırılaraq ayda 175 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, İddiaçı məhkəməyə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qismən qəbul edir. Belə ki, 21.09.2013-ci il təvəllüdlü qızları X1 üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin arıtırılaraq ayda 130 manat müəyyən olunmasına etiraz etmir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, 21.09.2013-cü il təvəllüdlü X5 adlı uşağın atası Cavabdeh anası isə İddiaçıdur. İşə əlavə edilmiş Ucar rayon İHB-nın Alpout İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 201 saylı arayışdan görünür ki, İddiaçı Ucar rayon Alpout kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 3 avqust 2021-ci il tarixli 23 saylı arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də avtonəqliyyat sahəsində işləyir və vəzifə maaşı 540 manat təşkil edir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh hazırki günə olan aliment borcu 1200 manat təşkil edir. İşə əlavə olunmuş Ucra rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(063)-412/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh 20 may 2015-ci ildən başlayaraq hər ay sabit pul məbləğində 80 manat alimentin tutulub 21 sentyabr 2013-cü ildə anadan olmuş Dinarın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 21.09.2013-ci il təvəllüdlü X9 oğlu iddiaçının yanındadır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Dinar adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay uşağa 140 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh oğlundan Ucar rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli 2(063)-412/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 21.09.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 140 (bir yüz qırx) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Cavabdeh Ucar rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli 2(063)-412/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 21.09.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 140 (bir yüz qırx) manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar