Məhkəmə qərarları › İş №2(051)-1356/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1356/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1356/2021 23.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrində baxılır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazıda sözügedən iddia ilə məhkəməyə müraciət etsə də hazırki iddia üzrə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə müəyyən öhdəliyin qoyulmasını xahiş etmişdir ki, həmin tələb məhkəmə qaydasında baxılmalı deyil. Sözügedən iş üzrə iddia İnzibati məhkəmənin səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxardıqda işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması izah olunur. Göstərilənlərə əsasən iddiaçı X2 iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar