Məhkəmə qərarları › İş №2(051)-136/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-136/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-136/2023 02.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X3 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1n və İddiaçı2 cavabdeh X5 qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, X2 İddiaçı1 mülkiyyətində olan və İddiaçı2 istifadəsində olmuş **-BJ-*** dövlət qeydiyyat nişanlı, “X16” markalı avtomobilə yanması nəticəsində 17.920 (on yeddi min doqquz yüz iyirmi) manat dəymiş zərərin, nəğd verilmiş puldan borclu qaldığı 400 manatın, X16 markalı avtomobil (dizel mühərrik üçün) üçün nəzərdə tutulmuş "Turbo"-nun, özü olmadığı halda 1100 (bir min bir yüz) manat dəyərinin, dövlət rüsumu kimi ödənilmiş 149 (bir yüz qırx doqquz) manatın və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 9 (doqquz) manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların vəkili məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “X16” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur. Mülkiyyətində olan həmin avtomobil tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək Etibarnamə əsasında etibar etmişdir.Həmin avtomobili bir az xərclərini çəkdikdən sonra satmaq məqsədi olmuşdur. Əlində olan pulunu avtomiblə vermiş, usta xərclərini fikirləşmişdir. İstifadəsində olan avtomobilinin mühərriki işləmədiyindən 2021 -ci ilin iyun ayının 23-də təmir etdirmək üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Bayram adlı şəxsin avtomobil təmir sexinə gətirdi. Avtomobili təmir üçün Bayramın oğlu Hüseynə təhvil verdi. Hüseyn şəhərdə eşitdiyinə görə tanınmış mühərrik ustasıdır. Sex atası Bayramın adı ilə tanınsa da, usta Hüseyndir. Hüseyn avtomobili təhvil aldıqdan sonra saz vəziyyətə gətirəcəyini söz verdi. “X16” markalı avtomobilin təmiri və avtomobil üçün zəruri avadanlıqların alınması üçün Hüseynə nəğd olaraq 100 manat, Hüseynə məxsus bank hesabına isə 2100 manat pul köçürdü. Həmin vaxtdan avtomobil avtoservisin ərazisinində qaldı. “X16” markalı avtomobilin mühərriki söküldü və təmir üçün zəruri olan “qalovka” hissəsini Hüseyn tapa bilmədiyi üçün Hüseynə verdiyi ümumi 2.200 manat puldan 500 manatını geri aldı və “qalovka” nı başqa yerdən alaraq Hüseynə təhvil verdi. Bu prosses 2021 -ci ilin avqust ayının 13-17 aralığında baş vermişdir. O, arabir sexə gedir, avtomobilin təmir ilə maraqlanırdı. Sonuncu dəfə 2021 ci ilin sentyabr ayının əvvəllərində avtomobilin təmirinin davam etdiyinin şahidi idi. Avtomobilin “qalovka” hissəsini Hüseynə təqdim etdikdən sonra Hüseyn ona avtomobilin üç günə hazır olacağını bildirsə də, hər dəfə başqa bəhanələrlə və əsassız səbəblərdən avtomobilin təmirini gecikdirirdi. xx.xx.2021-ci il tarixə keçən gecə Bayramın sexində işləyən adını bilmədiyi Hüseynin köməkçisinin ona zəng vuraraq sexin həyətindən istifadəsində olan “Hyundai Santafee” markalı avtomobilin yandığını, yanğmsöndürənlər tərəfindən söndürüldüyünü, DYM xidmətinin əməkdaşlarının hələ də orada olduğu barədə məlumat verdi. O, dərhal sexin həyətinə gəldi, həqiqətən avtomobilinin yandığını və yanğınsöndürənlər tərəfindən söndürülməsinə baxmayaraq avtomibilin yanaraq tam yararsız halda olduğunu gördü. Həmin vaxt sexin işçiləri də, orada idi. O, Hüseynin harada olduğunu soruşduqda Hüseynin Bakı şəhərinə getdiyini dedilər. O, Hüseynin atası Bayramdan hadisənin necə baş verdiyini soruşduqda ona yanğının baş verməsinin müəmmalı olduğunu bildirdi. Həmçinin Bayram ona avtomobilin akkumulyatorunun və mühərrikinin avtomobilin üstündə olmadığını bildirdi. Buna görə mühərrik və akkumulyator olmadığından qısaqapanmadan yana bilməməsi ehtimalına gələrək DİN-nin 102 xidmətinə zəng etdi avtomobilin yandığını bildirdi. Şikayəti ilə bağlı Mingəçevir ŞPŞ-nin İB-də araşdırma aparıldı. Mingəçevir ŞPŞ-nin İBnin müstəntiqi, polis leytenantı X12 icraatında olmuş HK-1/1969 saylı Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir: Aparılmış araşdırma zamanı izahatı alınmış X6 xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhər sakini İddiaçı2 yazdığı ərizə ilə tanış olduğunu, İddiaçı2 da, əvvəlcədən tanıdığını və münasibətin normal olduğunu bildirmişdir. O, 2021 -ci ilin iyun ayının ortaları Kənanın özünə məxsus avtomobilinin mühərriki xarab olduğu üçün atası Bayrama məxsus avtomobil təmir sexinə gətirdiyini bildirmişdir. O, hətta Kənanın avtomobili üçün lazımi detalları almaq üçün Bakı şəhərinə getdiyini də, bildirmişdir. O nəhayət lazımi detalların tapıldığını və mühərriki yığılmağa başladığını bildirmişdir. Son zəruri detal olan mühərrikin turbosu tapılmadığından mühərrikin yığılması prossesinin uzandığını qeyd etmişdir. O, xx.xx.2021 -ci il tarixdə gecə saatlarinda Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşdüyünü yolda olan zaman iş yoldaşı Mirələmin ona zəng vurduğunu və sexin həyətində avtomobilin yandığını bildirmişdir. O, Mirələmə Bakııfcı olduğun atası Bayrama xəbər etməsini bildirmişdir. O sonradan Mirələm ilə telefon əlaqəsi saxlayan zaman Kənana məxsus “Hyundai Santafe” markalı avtomobilin yandığını və yanğın zamanı sexin həyətindəki “Opel Corsa” markalı və “Mersedes-190” markalı avtomobillərə də, ziyanlıq dəydiyini öyrənmişdir. O, xx.xx.2021 -ci il tarixdə səhər saat 9 radələrində Mingəçevir şəhərinə çatdığını və avtomobilin nəcür yandığı barədə məlumatlı olmadığını bildirmişdir. Həmçinin o, avtomobilin mühərriki üzərində olmamış və akkumulyator götürüldüyündən elektrik sisteminin işlək vəziyyətdə olmadığını bildirmişdir. İddiaçı2 xx.xx.2021 -ci il tarixli müraciəti əsasında ona məxsus “Hyundai Santafee” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yandığını bildirmişdir. Baxış keçirilmiş avtomobil təmir sexinin qarşısıdır. Avtomobil təmir sexinin qarşısında bir neçə avtomobil vardır. Baxış zamanı həyətin mərkəzində dayanmış “Hyundai Sanla l-'e markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız hala düşmüş ^ ətrafda olan boz rəngli “Opel Corsa” markalı və qara rəngli “Mercedes 190” markalı avtomobillərə ziyan dəymişdir. Avtomobil sexinin qarşısındakı ərazidə hər hansı bir hasar yoxdur. Belə ki, açıq ərazidir. Hadisə yerinə baxışda iştirak edən kriminalist tərəfindən heç bir əl-barmaq izi aşkar edilməmiş, eyni zamanda yanmış avtomobilin ətrafında heç bir əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda müraciətlə bağlı izahatı alınmış İddiaçı2 məxsus ‘"Hyundai Santafee” markalı avtomobilin avtomobil təmir sexinin qarşısında açıq ərazidə olduğunu, ətrafda hər hansı bir hasarın olmadığını bildirmişdir. Həmçinin avtomobilin ətrafında hər hansı alışqan maddə və digər məhsullar aşkar edilməmişdir. İddiaçı2 məxsus X16 markalı 99-BJ- 126 dövlət qeydiyyat nişanlı avtomobil, 2007-ci il buraxılışı, mühərrik, nömrəsiz, ban: KMH81W8U33492 olan avtomobil istismarda olduğu müddətdə 250.000 km yol qət etmişdir. Yanğın zamanı kənarda olan mühərrikin və akkumulyatorun birlikdə qiyməti 4080 ( dörd min səksən ) manat olduğunu nəzərə alaraq satış qiyməti 22.000 (iyirmi iki min) manat olduğu müəyyən edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı2 istidəsində olmuş X16 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində İddiaçı2 dəymiş zərərin məbləği 17.920 (on yeddi min doqquz yüz iyirmi) manat olması nəzərə alınması göstərilmişdir. Bundan başqa cavabdeh X11 Kərimov tərəfindən verilmiş 2200 (iki min iki yüz) manat puldan 400 manatını borclu qalmış, X16 markalı avtomobil (diz$ mühərrik üçün) üçün nəzərdə tutulmuş 1100 (bir min bir yüz) manat dəyərində "Turbo"-nu qaytarmamışdır. X1 dəymiş ziyanın ödənilməsini xahiş etsə də müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəmək istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə cavabdeh X3 nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin təmiri ilə bağlı hər hansı bir müqavilə bağlanılmamış və cavabdehin hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Cavabdeh X6 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və tərəflərin nümayəndələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıya məxsus avtomobilin yandığını etiraf etmiş, lakin onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X16 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 20000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, X16 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 məxsusdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edldi ki, X16” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur. Həmin avtomobil tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək Etibarnamə əsasında etibar etmişdir. İddiaçı2 avtomobilinin mühərriki işləmədiyindən 2021 -ci ilin iyun ayının 23-də təmir etdirmək üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən avtomobil təmir sexinə gətirmiş və təmir üçün İsmayılov Hüseynə təhvil vermişdir. “X16” markalı avtomobilin təmiri və avtomobil üçün zəruri avadanlıqların alınması üçün iddiaçı İsmayılov Hüseynə nəğd olaraq 100 manat, İsmayılov Hüseynə məxsus bank hesabına isə 2100 manat pul köçürmüşdür. xx.xx.2021-ci il tarixə keçən gecə iddiaçıya sexin həyətindən “Hyundai Santafee” markalı avtomobilin yandığını, yanğmsöndürənlər tərəfindən söndürüldüyünü bldirmişlər. İddiaçı hadisə yerinə gələrkən avtomobilinin yandığını və tam yararsız halda olduğunu görmüşdür. Hadisə ilə bağlı Mingəçevir ŞPŞ-nin İB-də araşdırma aparılmış və iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hal-hazırda iddiaçılar onlara dəymiş ziyanı tələb edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçıya məxsus avtomobilə 19429 (17920+400+1100+9) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçıları bu tələbləri məhkəmədə tətqiq olunmuş sübutlarla; Mingəçevir şəhər PŞ-nin İB-nin müstənqinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı aə iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Sadalanan hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və X9 vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə cəmi 19429 (17920+400+1100+9) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 149 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X2 cəmi 19429 (17920+400+1100+9) manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 149 manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar