Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1367/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Alımzar Həmid qızının katibliyi İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 04 iyul 2016-cı il təvəllüdlü Elman adlı bir nəfər uşağı doğulmuşdur. Cavabdehlə ilk vaxtlar səmimi ailə münsibətlərində yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də Kürdəmir rayon məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmiş, Cavabdeh 04 iyul 2016-cı il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Daha sonra alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, Kürdəmir rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 04 iyul 2016-cı il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Uşaq artıq böyümüş, onun maddi təlabatları da artmışdır. Belə ki, uşaq məktəbə getməklə onun saxlanma xərcləri artmışdır. Digər tərəfdən ölkədə, dünyada qiymət artımı uşağın saxlanması üçün vəsaitin artmasına gətirib çıxarır. Müəyyən edilmiş aliment hazırda uşağın maddi tələbatını ödəmir. Uşağı saxlamaqda çətinlk çəkir. Cavabdeh də uşaqlarına baxmaqda borcludur. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla kfayət qədər qazanca malikdir , həmçinin ustalıq edir, maşın təmiri ilə məşğul olur, kifayət qədər gəlir əldə edir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 04 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. İddiaçı vəkili Vəkil da məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 04 iyul 2016-cı il təvəllüdlü Elman adlı uşağı doğulmuşdur. Cavabdehlə ailə mübasibətləri pozulduğundan Kürdəmir rayon məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmiş, ondan 04 iyul 2016cı il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Daha sonra iddiaçı alimentin artırılnası tələbinə dair məhkəmədə iddia qaldırmış, Kürdəmir rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 04 iyul 2016-cı il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub iddiaçıya verilməsi müəyyən edilmişdir. Həmin 130 manat alimenti anasının pensiyası ilə ödəyir. Özü işləmir, heç bir qazanc yeri və gəliri yoxdur. Uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 iyul 2016-cı il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 04 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Ellman adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 04 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, İddiaçı verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 04 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1367/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1367/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver