Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-137/2021 17.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair işə Mingəçevir məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı MMC–də sürücü işləyibdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi və xx.xx.2019-cu il də maddi məsuliiyət daşıması barədə müqavilə bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün işə qəbul edilmişdir. Lakin cavabdeh İddiaçı MMCnə məxsus “Hyundai HD 65” yük markalı 90- OJ-051 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 322-ci km də yol nəqliyyat hadisəsi baş vermiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Hyundai HD 65” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələndiyi üçün “Auto Azərbaycan” şirkəti tərəfindən avtomobilə baxış keçirilmiş və 4205.40 manat zərər müəyyən etməklə akt tərtib edilmişdir. Zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin cavabdeh dəymiş zərərəi ödəməmişdir. Ona görə məhkəməyə müraciət olunmuşdur. İddianın təmin olunmasını, cavabdehdən 4205.40 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı onunla xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlamışdır. xx.xx.2020-ci ildə yol nəqliyyat hadisəsi baş vermiş və onun idarə etdiyi “Hyundai HD 65” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Maddi imkanı olmadığına görə zərəri ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan İddiaçı MMC-nin direktoru ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixdən MMC-yə sürücü işinə qəbul edilmiş, nəqliyyət vasitəsini idarə etmək funksiyasını öhdəsinə götürmüşdür. İşdə olan işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli tam maddi məsuliyyət daşınması barədə müqavilədə göstərilir ki, işəgötürən işçiyə maddi sərvətləri daşımaq üçün nəqliyyat vasitəsini verir, işçi nəqliyyat vasitəsini maddi-məsuliyyətinə qəbul edir. İşçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində işəgötürənə ziyan vurulduğu aşkar olunarsa, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşə əlavə olunmuş İXP ******* №li xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh idarə etdiyi “Hyundai HD 65” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən zaman İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşə əlavə olunmuş “Auto Azərbaycan” Serviz Mərkəzi tərəfindən tərtib edilmiş AA040592 №li xx.xx.2020-ci il tarixli aktdan göstərilir ki, İddiaçı MMC-yə məxsus “Hyundai HD 65” yük markalı 90- OJ-051 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 4205.40 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı MMC-yə sürücü işinə qəbul olumuşdur. xx.xx.2020-ci il tarixdə “Hyundai HD 65” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə işəgötürən tərəfindən ona verilmiş həmin avtomaşına zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesdində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilə bağlandıqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcimdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İş materialları ilə müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan əmlaka cavabdehin təqsirli hərəkətləri nəticəsində 4205.40 manat məbləğində ziyan dəymişdir. Bu, həmçinin, cavabdehin etirafı ilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, vurulmuş zərərin əvəzi olaraq 4205.40 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 4205,40 (dörd min iki yüz beş manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-137/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-137/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver