Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1382/2024 27.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan, Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 16 saylı evin 26 saylı mənzilinə vurmuş olduğu maddi ziyana görə 313 manat, usta haqqı 200 manat olmaqla, cəmi 513 manat məbləğdə pulun, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 40 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq mülki işin aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilməməsini etiraz etmədi. Cavabdeh məhkəmə iclası zamanı mülki işin Yevlax rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Cavabdeh Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olduğundan, iddiaçının cavabdehə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasına ərazi aidiyyəti üzrə Yevlax rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(051)-1382/2024 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1382/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1382/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver