Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1387/2023 27.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Cavabdeh iddiaçıya məxsus minik avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 5000 manat və dövlət rüsumu olaraq ödədiyi 70 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Kia Rio” minik markalı ** YY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat cərimə olunmuşdur. Bu hal Yevlax rayon PŞ-nin polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla tərtib edilməklə iş üzrə TP ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh qeyd edilən inzibati xətanı törətməklə ona məxsus avtomobilə 10000 manat maddi ziyan dəymişdir. Həmin ziyanın 5000 manatını "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Hazırda cavabdeh tərəfindən ona vurulmuş 10000 manatlıq maddi ziyanın ödənilməmiş 5000 manatı qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək iddia tələbinin ekspert rəyində qeyd edilən hissəsini qəbul etdiyini və iddianı rəydə göstərilən məbləğdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ilk tarixdə Yevlax rayonundan anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İşdə olan ƏN-V№ li etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı mülkiyyətində olan “NİSSAN X-TRAİL” minik markalı dövlət qeydiyyat nişanı ** SO *** nömrəli nəqliyyat vasitəsini Nümayəndə idarə etmək üçün etibar etmişdir. İşdə olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair qüsur aktından görünür ki, **-SO-*** dövlət nömrə nişanlı, “NİSSAN X-TRAİL” markalı avtomobilə 10118 manat dəyərində ziyan dəymişdir. İşdə olan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləridən görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına ümumilikdə 10000 manat məbləğində pul köçürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, zərərçəkmiş şəxs İddiaçı kart hesabına "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli PQA**********6 nömrəli icbari sığorta müqaviləsindən görünür ki, Nümayəndə oğluna məxsus olan dövlət qeydiyyat nişanı **- SO-***, “NİSSAN X-TRAİL” markalı, ban nömrəsi JN1TANT32U0100529, mühərrik nömrəsi MR574411C olan avtomobil 5000 manat məbləğində sığorta edilmişdir. İşdə olan yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, ödəyici "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair qüsur aktından görünür ki, **-SO-*** dövlət nömrə nişanlı, “NİSSAN X-TRAİL” markalı avtomobilə 5815 (E/H vəziyyəti və təmir işləri) manat dəyərində ziyan dəymişdir. İşdə olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6160 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx"MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nisan” minik markalı “X-TRAİL” model, **- SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 7398 manat müəyyən edilir. O, cümlədən dəyişdirilməli hissələrin qiyməti 5538, manat, təmir bərpa işlərinin qiyməti 1860 manat, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli № ZBT-0377/23 mütəxəssis rəyinə əsasən 2019-cu il buraxılışlı “Nissan” minik markalı “X-Trail” model **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5390 manat müəyyən edilir. O cümlədən, dəyişdirilməli olan hissələrin qiyməti 4510 manat, təmir bərpa işləri qiyməti 880 manat müəyyən edilmişdir. Dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, “2019-cu il buraxılışlı “Nisan” minik markalı “X- TRAİL” model, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı mülki iş materiallarında olan zərər aktları əsasında hesablanır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Yevlax rayonu ərazisində idarə etdiyi “Kia Rio" markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozmuş və yolnəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi avtomaşın vətəndaş Nümayəndə idarə etdiyi "“NİSSAN X-TRAİL" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaçıya məxsus avtomaşın yararsız vəziyyətə düşmüşdür. Ona görə də Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası MM–nin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyana görə 5000 manat tələb etmişdir. Lakin işdə olan sənədlərə, həmçinin ekspert rəyinə baxış keçirirkən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə dəymiş zərərin ümumi həcmi 7398 manat müəyyən edilmişdir ki, həmin məbləğdən də 5000 manat sığorta ödənişi zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. Belə olan halda iddiaçının cavabdehdən tələb etdiyi 5000 manat məbləğin 2398 manat hissəsi tutulmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsini sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2398 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 43,98 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş 22 sentyabr 2023-cü il tarixli məhkəmə–əmtəəşünaslıq ekspertizası tədqiqatın dəyəri olan 60 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 60 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2398 (iki min üç yüz doxsan səkkiz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 43,98 manat məbləğində pul alınıb iddiaçı İddiaçı verilsin. Ekspertiza tədqiqatın dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1387/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1387/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver