Məhkəmə qərarları › İş №2(051)-1389/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1389/2020

04.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1389/2020 04.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X8 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1282/2019 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat alimentin miqdarının artırılması, hər ay 170 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2001-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Nikahları xx xxxxxx 2013-cü ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 72 saylı akt ilə rəsmiləşdirmişdir. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X9 cə xx.xx.2004-cü il təvəllüdlü X6 adlı iki ovladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il qətnaməsi ilə pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment təyin edilmişdir. Keçən müddət ərzində cavabdeh 200 manat alimentdən başqa uşaqların saxlanması üçün maddi cəhətdən heç bir köməklik etməmişdir. O uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Uşaqlar böyüdükcə onların tələbatı da artır. Belə ki, oğlu Əli artıq ali məktəbə daxil olub Türkiyədə təhsil alır və 18 yaşı tamam olduğundan cavabdeh onun saxlanması üçün aliment ödəmir.Oğlu xaricdə təhsil aldığından onun xərcləri çox ağırdır. Təkbaşına bu xərcləri ödəməkdə çətinlik çəkir. Cavabdeh isə 100 manat alimentdən başqa uşaqlara heç bir yardım göstərmir. Arzu isə məktəblidir. Səhhətində müəyyən problemlər də olur, məktəb xərcləri var. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 1282/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2013-cü ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 72 saylı qeydinin pozulması, xx xxxxxx 2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100(bir yüz) manat və xx xxxxx 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulması qət edilmişdir. İşdə olan Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahının pozulması xx xxxxxxx 2019-ci il tarixdə 153 № ilə qeydə alınmışdır. İşdə olan şəxdiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X7 xx.xx.2004-cü il tarixdə Yavlax rayonu Havarlı kəndində anadan olmuşdur. İş materiallarında olan AR Təhsil Nazirliyinin 9 saylı X5 mərkəzinin xx.xx.2020-ci il tarixli 892 saylı arayışından görünür ki, X1 1997-ci ildən 11 saylı məktəbdə müəllim işləyir. Aylıq maaşı 701.11 manatdır, lakin tutulma olduğu üçün hər ay 592.39 manat maaş alır. Məhkəmə iddiaçı izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində ciddi dəyişiklik olmamışdır. Lakin, buna baxmayaraq, alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Belə ki, aliment təyin olunduqdan sonra uşaq üçün nəzərdə tutulmuş, yaşayış minimumu artmışdır. Bundan əlavə artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın saxlanması üçün alimentin artırılaraq hər ay 100 manat müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)- 1282/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz) manat, sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh oğlan oğlundan 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar