Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1394/2020 14.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi ziyana görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi ziyana görə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində İddiaçı haqqında xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2-4-cü maddələri ilə cinayət işi başlanaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq iddiaçı həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona görə ki, guya iddiaçı tanışı X6 ilə qabaqcadan əlbir olaraq özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə aralarında olan razılığa əsasən 2017-ci ilin iyun ayının ortalarında X1 Mingəçevir şəhəri M.F.Axundov küçəsi 8 №-li yaşayış binasının qarşısında yerləşən 0,03 ha boş torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini yalandan vəd edib tanışı Elman Yusifovun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı olduğuna və guya ki, adının “Telman Orucov” olduğuna inandıqdan sonra, X2 şəhərində cəmi 3500 ABŞ dolları(həmin dövrdə məzənnə ilə 5957 manat) pulunu alıb ələ keçirərək zərərçəkmiş Ş.Yusubzadəyə ümumilikdə 5957 manat, yəni xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ittham iddiaçıya elan olunandan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra iddiaçının və qeyrisinin haqqında olan həmin cinayət işi aidiyyatı üzrə baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər məhkəməsində uzun müddət ərzində işə baxılıb ətraflı araşdırılma aparılmış və iddiaçının təqsiri olmadığı sübuta yetirildiyindən barəsində xx.xx.2019-cu il tarixdə bəraət hökmü çıxarılmışdır. Həmin hökm qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunması və uzun müddət barəsində cinayət təqibi aparılması iddiaçıya mənəvi iztirab vermişdir. İddiaçının barəsində müxtəlif şayələr gəzmiş, “dələduz” kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması iddiaçıya hər hansı bir təşkilata işə girməyə maneçilik törətmişdir. Hətta iddiaçının ailəsində də ciddi gərginlik yaranmış və uzun müddət birgə yaşadıqları həyat yoldaşı ilə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ayrılmışlar. Beləlikə, iddiaçı təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarnın qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs iddiaçıdan nə baş verdiyini soruşduqda, bunun da nəticəsində iddiaçı sarsıntı keçirmişdir. Buna görə də qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar iddiaçıya vurulmuş ziyan kimi 20.000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(075)-8/2019 saylı hökmünün surətindən görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X11 barəsində seçilmiş polisin əzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin sirətindən görünür ki, X9 ilə İddiaçı arasında xx xxxxxx 2001-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 333 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2002-ci il təvəllüdlü X7 və xx xxxxxx 2004-cü il təvəllüdlü X8 anaları X3 yanında qalmaları, İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi 120(bir yüz iyirmi) manat, xx xxxxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi 120(bir yüz iyirmi) manat olmaqla, ayda cəmi 240( iki yüz qırx) manat miqdarında aliment hər ay tutulub X5 verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər 5 №-li MİS-nin xx xxxx 2020-ci il tarixli, 439 №-li arayışından görünür ki, Həbibov X10 şəhəri 20 Yanvar küçəsi 33 saylı evin 39 №-li mənzilində yaşayır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın ödənilməsi hüququ yaranır. Həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı barəsində xx xxx 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, həmin ittiham iddiaçıya elan olunduqdan sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx xxx 2019-cu ildə isə Mingəçevir şəhər məhkəməsi tərəfindən barəsində bəraət hökmü çıxarılmışdır. Həmin müddətdə iddiaçı həyacan, sarsıntı keçirmiş, qeyd edilən maddələr ilə ittiham olunması ona mənəvi zərər vurmuşdur. Yuxarıda sadalanan normalar isə iddiaçıya vurulmuş zərərin ödənilməsinin hüquqi əsasını təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş zərərin ödənilməsi tələbində haqlıdır. Lakin məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin olunmalı, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 8000 (səkkiz min) manat alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğdə pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1394/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1394/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver