Məhkəmə qərarları › İş №2(051)-1398/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1398/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1398/2024 07.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı2, vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 manat borcun, 300 manat vəkilə ödədiyi xərcin və ABB-yə ödədiyi 200 manat faiz borcunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar Şəki rayonu Qozlubulaq kəndində yaşayırlar. Cavabdeh həyat yoldaşı İddiaçı1 ilə 2022-ci ildən tanış olmuşlar və onlar tanış olduqdan sonra 2023-cü ilin oktyabr-noyabr aylarında 1400 manat dəyərində kosmetik vasitələr vermişlər. Cavabdeh özü etiraf edir ki, həmin pulu qısa zamanda qaytaracaqdır. Amma hər dəfə vədlər versə də, borcu indiyədək ödəməmişdir. Onlar bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdilər. O, özü Polis Şöbəsində 1400 manat pul aldığını etiraf etdi. Lakin, Mingəçevir şəhər Polis Şöbəsində söz versə də, indiyədək pulu ödəməmişdir və hər dəfə borcu ödəməkdən yaynır. Bundan başqa, o, vəkilə bu işi həyata keçirtmək və məhkəmədə iştirak etmək üçün 300 manat pul ödəmişdir. Qəbz əlavə olunur. Bundan əlavə o, bankdan kredit alaraq həmin borcu şirkət hesabına ödəmişdir. ABB hesabına əlavə 200 manat faiz borcu da ödəmişdir. Bu ziyanlar cavabdehin təqsiri üzündən baş verib. Odur ki, Cavabdeh 1400 manat borcun, 300 manat vəkilə ödədiyi xərcin və 200 manat faiz borcunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 1400 manat borcun, 300 manat vəkilə ödədiyi xərcin və 200 manat dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 vəkili X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, etiraf edir ki, həmin məhsulları iddiaçılardan həqiqətən də noyabr ayının axırında götürmüşdür. Məhsullar “Piercardin” firmasının məhsullarıdır. Həmin məhsulları götürərkən iki dəfəyə, danışaraq götürmüşdür. Birinci dəfə götürdüyü məhsulların qiyməti 90 manata yaxın olardı. O, həmin məhsulları satmaq üçün götürmüşdür. Daha sonra təkrarən bir də götürmüşdür. Həmin məhsullardan cəmi 50 manat pul vermişdir. Lakin digər aldığı məhsulların pulunu ala bilməmişdir. Satdığı adamlar ona söz verdilər ki, pulunu vaxtında verəcəkdir. Lakin pulları vaxtında vermədikləri üçün, o da vaxtında borcunu verə bilməmişdir. O, həmin borcu bir dəfəyə verməyə imkanı yoxdur. Yalnız əmək haqqından hər ay 100 manat olmaqla ödəyə bilər. Başqa cür borcundan ödəniş edə bilmir. O bir daha qeyd edir ki, borcundan yayınmır, borcunu ödəyəcəkdir. Lakin hazırda həmin borcu ödəməyə maddi imkanı yoxdur. O, 1400 manatı ödəməyə hazırdır. Əlavə olaraq 150 manatı da ödəyəcəkdir. Qeyd olunan 200 manatdan 50 manatını ödəmişdir. İddianı bu hissəsində qəbul edir. Lakin vəkil xidmətinə görə olan iddiaçının çəkdiyi xərci ödəməyə razı deyildir. Odur ki, izahatında qeyd olunanlara dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçıların, vəkilin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı2 ilə X2 arasında hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanmış müqavilənin xidmət haqqı 300 manat müəyyən edilmişdir. İşdə olan Mpay ödəniş vasitəsi ilə ödənilən vəsaitdən görünür ki, 300 manat İddiaçı2 tərəfindən Mingəçevir Vəkil Bürosunun hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçının cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. 2023-cü il tarixində oktyabr-noyabr ayında hissə-hissə mallar vermiş, lakin cavabdeh verilmiş malların müqabilində pulu qaytarmamışdır. Lakin məhkəmə iclası zamanı maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini, həmçinin iddiaçıya olan borcunu etiraf edərək maddi imkanı düzələn kimi borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Konsensus Vəkil Bürosunun vəkili İddiaçı2 ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış, lakin həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, Mingəçevir şəhər Vəkil Bürosunun hesabına hüquqi yardım üçün 300 manat pul vəsaiti köçürülmüşdür. Ona görə də məhkəmə iddianın həmin hissədə təmin olunmasını məqsədə müvafiq hesab edir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 1400 (bir min dörd yüz) manat, dəymiş maddi ziyan üçün 150 (bir yüz əlli) manat və vəkil xidməti üçün ödənilmiş 300 (üç) manat və məbləğində pul tutulmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 1400 (bir min dörd yüz) manat, maddi ziyan üçün 150 (bir yüz əlli) manat və vəkil xidməti üçün ödənilmiş 300 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar