Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1401/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi sonradan məhkəməyə ərizə verərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1401/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1401/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver