Məhkəmə qərarları › İş №2(051)-1407/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1407/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1407/2021 07.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasına xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, izahat edilməlidir ki, MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov X2 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 23, mənzil 4 X9 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 23, mənzil 4 Mingəçevir şəhər məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2 (051)-849 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov X2 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 23, mənzil 4 X9 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 23, mənzil 4 Mingəçevir şəhər məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2 (051)-849 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 6, mənzil 62 X5 Mingəçevir şəhər məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 2 (051)-2776 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 6, mənzil 62 X5 Mingəçevir şəhər məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 2 (051)-2776 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri V.Avdullayev küçəsi ev 8, mənzil 35 X3 Mingəçevir şəhər məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2 (051)-2201 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri V.Avdullayev küçəsi ev 8, mənzil 35 X3 Mingəçevir şəhər məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2 (051)-2201 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Azərbaycan Respublikası Mingəçevir şəhər MƏHKƏMƏSİ № « » 2011-ci il. “X10” ASC-ə Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2009-cu il tarixli, 2-11201 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhərməhkəməsinin hakimi:Məhburə Kərimova Mingəçevir şəhəri A.Məmmədov küçəsi döngə 1, ev 1 X6 Mingəçevir şəhər məhkəməsinin 23 may 2011-ci il tarixli, 2 (051)-589 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova Mingəçevir şəhəri A.Məmmədov küçəsi döngə 1, ev 1 X6 Mingəçevir şəhər məhkəməsinin 23 may 2011-ci il tarixli, 2 (051)-589 saylı qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad- 1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova Mingəçevir şəhər məhkəməsinə cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) X1 etibarnamə üzrə nümayəndəsi X13 oğlu tərəfindən Ərizə: Məhkəməyə X4 qarşı «aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişik. Qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına razı deyilik. Xahiş edirəm X1 X4 qarşı «aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsini baxılmamış saxlayasınız. İmza: X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar