Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1409/2020 24.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami oğlunın katibliyi, iddiaçı:BOKT «xxxxxxxx» MMC etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə, iddiaçı: BOKT «xxxxxxxx» MMC cavabdeh: Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “26” dekabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 701.00 (yeddi yüz bir) manat, xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 70.10 ( yetmiş 10 qəpik) manat olmaqla ümumilikdə 771.10 ( yeddi yüz yetmiş bir 10 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaiyinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. BOKT «xxxxxxxx» MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, BOKT “X1” MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ( otuz altı) ay müddətinə xx xxxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 2300 manat ( iki min üç yüz manat ) məbləğində kredit verilmişdir ( kredit müqaviləsinin 2.1, 2.2 və 4.1ci bəndləri). BOKT “X1” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar ( pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı BOKT “xxxxxxxx” MMC öz tələbini məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilata borclu Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 701.00( yeddi yüz bir) manat, faiz borcu üzrə 0.00 ( sıfır) manat, cərimə üzrə 70.10( yetmiş 10 qəpik) manat ümumilikdə 771.10 ( yeddi yüz yetmiş bir 10 qəpik ) manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuş müqavilədən görünür ki, “Borc verən” “Borc alan” a sonuncunun öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün xx xxxxxx 2016-cı il tarixli LD/16056/00180 nömrəli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyinin ABŞ dollarından manata konvertasiya edir, “Borc alan” isə konvertasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti bu müqavilə ilə müəyyən olunmuş müddətə faizi ilə birlikdə “Borc verən” ə qaytarmağı öz öhdəsinə götürür. “Borc alan” ın xx xxxxxx 2016-cı il tarixli LD/16056/00180 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin xx xxxxxx 2016-cı il tarixə olan qalığı 1305.16 USD ( bir min üç yüz beş ABŞ dolları 16 sent) təşkil edir. “Borc verən” “Borc alanın” bu müqavilənin 1.2-ci bəndinə göstərilmiş kredit öhdəliyini Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2016-cı il tarixə olan rəsmi məzənnəsi əsasında “Borc alanın” 2300.00 AZN (iki min üç yüz manat 00 qəpik) manat ekvivalentində yeni kredit öhdəliyinə konvertasiya edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 701.00 manat əsas borc, cərimə borcu üzrə 5 manat olmaqla ümumilikdə 706.00 manat məbləğdə borc tutularaq BOKT «xxxxxxxx» MMC -yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (iyirmi) manat pul cavabdehdən tutulub BOKT «xxxxxxxx» MMC -yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1409/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1409/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver