Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-142/2022 05.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh1 Hacağa oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Hacağa oğlu, Cavabdeh2 qızına qarşı kredit borcun tutulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 Hacağa oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəmsinin 10.11.2021- ci il tarixli 2(051)-2059/2021 saylı qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 Hacağa oğlu və Cavabdeh2 qarşı 1782,42 manat əsas borc və 40,30 manat faiz borc olmaqla, cəmi 1822,72 manat və ödənilmiş 30 manat dövlər rüsumun müştərək qaydada tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, Cavabdeh1 Hacağa oğlu ilə iddiaçı BOKT "xxxx" MMC arasında bağlanmış 21.08.2019-cü il tarixli, L-MN-0047922- F №li kredit müqaviləsinə əsasən cavabdeh, iddiaçıdan illik 01 faiz dərəcəsi ilə 60 ay müddətinə 1798,92 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh1 Hacağa oğlu kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəməli idi. Cavabdehin kredit üzrə öhdəliklərinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh2 arasında 21.08.2019-cü il tarixli, L-MN-0047922-F №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 Hacağa oğlu kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq kredit ödəniş qrafikinə riayət etməmişdir. Nəticədə cavabdehin 1782,42 manat əsas borc və 40,30 manat faiz borc olmaqla, cəmi 1822,72 manat kredit borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsini xahiş edir. Cavabdeh1 Hacağa oğlu məhkəmə iclasında bildirdi ki, iddiaçı BOKT "xxxx" MMCdən kredit götürmüşdür. Borcunun ödəməkdən boyun qaçırmır. Hazırda həmin borcu bir dəfədə ödəməyə maddi imkanı yoxdur. Borcu hissə-hissə ödəyəcəklər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 Hacağa oğlu arasında bağlanmış 21.08.2019-cü il tarixli, L-MN-0047922-F №li kredit müqaviləsinə əsasən kredit təşkilatı Cavabdeh1 Hacağa oğluna 01 faiz dərəcəsi ilə 60 ay müddətinə 1798,92 manat məbləğində kredit verməyi, Cavabdeh1 Hacağa oğlu krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2019-cü il tarixli, L-MN-0047922-F №li zaminlik müqaviləsinə əsasən zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə bank qarşısında kredit götürənlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 Hacağa oğlunun banka 1782,42 manat əsas borc və 40,30 manat faiz borc olmaqla, cəmi 1822,72 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlardan görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 Hacağa oğlu və Cavabdeh2 müştərək qaydada 1782,42 manat əsas borc və 40,30 manat faiz borc olmaqla, cəmi 1822,72 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 Hacağa oğlu və Cavabdeh2 müştərək qaydada 1782,42(bir min yeddi yüz səksən iki manat qırx iki qəpik) manat əsas borc və 40,30(qırx manat otuz qəpik) manat faiz borc olmaqla, cəmi 1822,72(bir min səkkiz yüz iyirmi ki manat yetmiş iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat pul alınıb iddiaçı BOKT "xxxx" MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-142/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-142/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver